SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Tarix:

26-07-2022, 19:21

/ 364 dəfə oxundu.
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

 
Azərbaycanda daha 306 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 306 yeni yoluxma faktı qeydə alınıb, 258 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 714 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 635, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 136, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 649, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 294 nəfərdir.

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Şərhlər

XƏBƏR LENTİ