SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Respublika Klinik Xəstəxanasında həkimlərdən pul yığılır - SƏBƏB

Respublika Klinik Xəstəxanasında həkimlərdən pul yığılır - SƏBƏB

Tarix:

30-05-2017, 10:35

/ 41 769 dəfə oxundu.
Respublika Klinik Xəstəxanasında həkimlərdən pul yığılır - SƏBƏB

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında indiyədək ümumi ictimai ayaqyolu yoxdur. Əsasən rayonlardan da xəstələrin üz tutduğu bu səhiyyə müəssisəsinə gələnlərin bu üzdən çətinlikləri olur. Daxil olan məlumata görə, hazırda xəstəxananın həyətində ictimai ayaqyolu inşa olunur. Redaksiyamızın e-mailinə göndərilən fotolardan görünür ki, xəstəxananın həyətində tikinti aparılır.
Məlumatda o da bildiriilir ki, baş həkimin təşəbbüsü ilə inşa olunan ayaqyolu xəstəxana şöbələrində həkimlərdən toplanan pul hesabına tikilir. Ayaqyolunun ödənişli olacağı yazılıb.
O məlumatı da əldə etdik ki, bundan əlavə xəstəxananın təmir olunması üçün hər şöbəyə tapşırıq da verilib. Yəni hər şöbə müdiri işçilərindən topladığı pul hesabına rəhbərlik etdiyi şöbəni təmir etdirməlidir.
Məsələ ilə bağlı Respublika Klinik Xəstəxanası ilə əlaqə saxladıq. Qəbul şöbəsindən bizə bildirildi ki, xəstəxananın həyətində tualet inşa olunur. O məqsədlə ki, xəstələr, xəstə yanına gələnlər tualetə ehtiyacları olduqda çətinlik çəkməsinlər. Əsasən rayondan tibb müəssisəsinə gələn insanların bu sarıdan çox əziyyətləri olur. Çünki iş vaxtı bitəndə hər şöbənin qapısı qıfıllanır.
Bəs tualetin ödəniş qiyməti nə qədər olacaq?
Qəbul şöbəsində əyləşən xanım dedi ki, ümumiyyətlə, ictimai ayaqyolunun pullu olub-olmayacağı haqda onda məlumat yoxdur.
Xəstəxana işçilərindən ayaqyolu tikintisi və təmir üçün pul toplanmasına gəlincə, xanım bu barədə də heç bir məlumatının olmadığını dedi: “Bu barədə heç nə bilmirəm. İş günü də deyil. Rəhbərlikdən kimsə yoxdur. Yaxşı olar ki, iş günü əlaqə saxlayasınız”.
Qeyri-iş günü olduğuna görə, Səhiyyə Nazirliyi və xəstəxananın baş həkimilə əlaqə saxlaya bilmədik.

Mövzuya qayıdacağıq.


Hurriyyet.org
Respublika Klinik Xəstəxanasında həkimlərdən pul yığılır - SƏBƏB
Respublika Klinik Xəstəxanasında həkimlərdən pul yığılır - SƏBƏB
Respublika Klinik Xəstəxanasında həkimlərdən pul yığılır - SƏBƏB
Respublika Klinik Xəstəxanasında həkimlərdən pul yığılır - SƏBƏB
Respublika Klinik Xəstəxanasında həkimlərdən pul yığılır - SƏBƏB
Respublika Klinik Xəstəxanasında həkimlərdən pul yığılır - SƏBƏB

Şərhlər

XƏBƏR LENTİ