
Xəzər dənizində naməlum kişi meyiti tapılıb.
Dövlət Dəniz Administrasiyasına istinadən xəbər veririk ki, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində tapılan meyitin, «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir.
Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.