SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazimə Heydərova: Mehriban xanım övladımın sağlamlığına qovuşmasına yardım edin

Nazimə Heydərova: Mehriban xanım övladımın sağlamlığına qovuşmasına yardım edin

Tarix:

22-04-2021, 08:58

/ 904 dəfə oxundu.
Nazimə Heydərova: Mehriban xanım övladımın sağlamlığına qovuşmasına yardım edin

Əziz və hörmətli Mehriban xanım!
Çox təəssüf edirəm ki, belə kədərli müraciətlə dəyərli vaxtınızı alıram. Qızım 1990-cı il təvəllüdlü Məmmədova Fəridə Məhəmməd qızının 2016-cı ildə sol qalça nahiyyəsində “Osteosarkoma” xəstəliyi aşkar olunmuşdur. Həmin il Milli Onkologiya Mərkəzində 2016-ci il tarixində cərrahi əməliyyat icra olunmuşdur. Bundan sonra Milli Onkologiya Mərkəzində kimyaterapiya və şüa müalicəsi olunmuşdur. Allaha şükür ki, xəstəliyin geriləməsinə nail olmuşuq. Buna görə Mərkəzin bütün tibb heyyətinə olduqca minnətdarıq.
Növbəti mərhələ isə cərrahiyyə əməliyyatıdır. Qızımın iki azyaşlı övladı var və O, körpə balalara qayğı göstərməsi űçűn Protezləmə əməliyyatı qızımın yeriməsini təmin edəcək. Lazım olan İmplant isə Almaniyada hazırlanır. Biz həmin İmplantcast protez şirkətininin Bakıdakı distribüteri ilə əlaqə saxladıq:
Implantcast Azerbaijan MMC VÖEN 1303403581
Kontakt üçün şəxs: Bədəlov David Tel.: 050 214 34 64
Bədəlov David bizə bildirdi ki, razılıq olsa, Fonddan bizimlə əlaqə saxlanılacaq.
Onlar lazım olan İmplant haqqında məlumatı Almaniyaya göndərdilər, ordan implantın hazırlanma təsdiqini, műddətini və qiyməti haqqında cavab aldılar.
İmplantın qiyməti 20000 EURO-dur. Məbləğ bizim üçün çox olduğuna görə, Sizə müraciət edirəm.
İnanın ki, uzun sürən Terapiyadan sonra maddi imkanımız tükənib.
Mən Sizə bir ana olaraq müraciət edirəm! Göydə Allah, yerdə isə Sizə güvənirəm. Sizin xeyirxah və mərhəmətli bir əsl Azərbaycan qadını olmanız sayəsində bu gün minlərlə ailələrdə sevinc gözyaşları axır. İnanıram ki, mənim övladımın əməliyyat olunması üçün lazım olan protezin alınaraq, Milli Onkologiya Mərkəzinə verilməsinə köməkliyinizi göstərəcəksiniz. Artıq dərəcədə xahiş edirəm dəstəyinizi əsirgəməyin! Sizin dəstəyiniz nəticəsində, qızım hərəkət edə və iki balasına Ana kimi qayğı göstərə bilər.
Sizin xeyirxah, genişürəkli, öz xalqını, millətini sevən bir insan olduğunuzu bütün xalq bilir. Bir ailəni idarə etmək bu qədər çətin olduğu halda, Siz Azərbaycan xalqına analıq edirsiniz.
Allah Sizi ürəyinizə görə qiymətləndirsin, ailənizi, övladlarınızı qorusun. Amin. Dualarımız Sizinlədir!

Dərin hörmətlə; 
Heydərova Nazimə



Şərhlər

XƏBƏR LENTİ