Milli Onkologiya Mərkəzinə İTTİHAM
Azərbaycanda fəaliyyət göstərən bəzi xəstəxanalar vəziyyəti ağır olan yaşlı qadını qəbul etməyib. Bu barədə jurnalist Aynur Elgünəş facebook səhifəsində məlumat paylaşıb. O, sözügedən xəstənin fotolarını paylaşaraq bunları yazıb:
"Gənc jurnalistlər küçədə gecələyən bir qadından reportaj hazırlamaq istəyərkən görüblər ki, vəziyyəti ağırdır, sinəsindəki şişə görə halı pisləşib. Qadın Bilgəhdəki sanatoriyada qalırmış, oradakı tibb bacıları sinəsinə sarğı qoyurmuş. İndi oradan da çıxarıblar. Onu Onkoloji Klinikaya aparıblar, baxıb deyiblər ki, bəli, vəziyyəti pisdir, ancaq biz yatılı xəstə qəbul etmirik, aparın Milli Onkoloğiya Mərkəzinə. Jurnalistlər təcili yardım çağırıblar. Onlar da deyib ki, bu, onkoloji xəstədir, biz Milli Onkologiya Mərkəzinə girə bilmərik. Bir sözlə, hazırda qadın bayırdadır və vəziyyəti ağırdır. Gümanımız gələn QHT-lərə, xəstəxanalara müraciət etmişik, sahib çıxan, heç olmasa 1 günlük gecələməyə yer verən yoxdur. Məsləhətinizə ehtiyacımız var, necə edək?".
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Liya Bayramova ilə əlaqə saxladıq. L.Bayramova bildirdi ki, hadisədən xəbərsizdir: "Harada, kimi niyə qəbul etməyiblər xəbərim yoxdur. Məlumat daxil olduqdan sonra, araşdıracayıq".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...