SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Baku Electronics" bu qaydanı POZDU

"Baku Electronics" bu qaydanı POZDU

Tarix:

17-03-2021, 11:54

/ 710 dəfə oxundu.
"Baku Electronics" bu qaydanı POZDU

Dövlət Gömrük Komitəsi “Baku Electronics” MMC barədə inzibati protokol tərtib edib.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Fərid Əmirəliyevin icraatına verilib.

Sözügedən xətanın törədilməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, "Baku Electronics" elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Hazırda ölkə üzrə 24 mağazası fəaliyyət göstərir və 60-dan çox firmanın rəsmi distributorudur.

Şərhlər

XƏBƏR LENTİ