Bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü eyni günə təsadüf etdiyindən əlavə qeyri-iş günü olacaq.
Nazirlər Kabinetindən bildirilib ki, 26 iyun - Silahlı Qüvvələr Günü, 26-27 iyun Ramazan bayramı günü münasibəti ilə qeyri-iş günüdür. İki bayram eyni günə təsadüf etdiyindən, iyunun 28-i, yəni çərşənbə günü də istirahət günüdür.
Beləliklə, hər iki bayram münasibəti ilə şənbə və bazar günləri də daxil olmaqla 5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü elan olunur.