SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıtda ETİRAZ: sürücülər işə çıxmadı... - Plan artırıldı, sərnişinlər yolda qaldı

Sumqayıtda ETİRAZ: sürücülər işə çıxmadı... - Plan artırıldı, sərnişinlər yolda qaldı

Tarix:

15-02-2021, 12:27

/ 625 dəfə oxundu.
Sumqayıtda ETİRAZ: sürücülər işə çıxmadı... - Plan artırıldı, sərnişinlər yolda qaldı

Sumqayıtda ictimai nəqliyyatda problem yaranıb.

Belə ki, 10a və 33 nömrəli marşrut avtobuslarının sürücüləri etiraz məqsədi ilə bu gün işə çıxmayıblar.

Cebhe.info-ya daxil olan məlumata görə, 10a nömrəli avtobuslarda ancaq 3 sürücü işə çıxıb. Səbəb kimi isə "Sumqayıt Nəqaliyyat" MMC-nin gündəlik planı artırdığı göstərilir.

Sürücülər yanacağın qiymətinin artmasına görə planın artırıldığını deyirlər.

Avtobusların işləməməsi nəticəsində xüsusilə də 10a ilə Sumqayıt Dəmir Yolu Vağzalına gələn sərnişinlər yolda qalıblar.

Şərhlər

XƏBƏR LENTİ