Sumqayıtda ETİRAZ: sürücülər işə çıxmadı... - Plan artırıldı, sərnişinlər yolda qaldı

Sumqayıtda ETİRAZ: sürücülər işə çıxmadı... - Plan artırıldı, sərnişinlər yolda qaldı Sumqayıtda ictimai nəqliyyatda problem yaranıb.

Belə ki, 10a və 33 nömrəli marşrut avtobuslarının sürücüləri etiraz məqsədi ilə bu gün işə çıxmayıblar.

Cebhe.info-ya daxil olan məlumata görə, 10a nömrəli avtobuslarda ancaq 3 sürücü işə çıxıb. Səbəb kimi isə "Sumqayıt Nəqaliyyat" MMC-nin gündəlik planı artırdığı göstərilir.

Sürücülər yanacağın qiymətinin artmasına görə planın artırıldığını deyirlər.

Avtobusların işləməməsi nəticəsində xüsusilə də 10a ilə Sumqayıt Dəmir Yolu Vağzalına gələn sərnişinlər yolda qalıblar.
Geri qayıt