Sumqayıtda sərnişinlər marşrut xəttinin ləğvinə etiraz ediblər - PULSUZ AVTOBUS XƏTTİ AÇILIB
Sumqayıt şəhərində fəaliyyət göstərən 55 nömrəli marşrut xəttinin bağlanması sərnişinlərin narazılığına səbəb olub.
ONA-nın yerli bürosunun məlumatına görə, sərnişinlər bu gün səhər saatlarında marşrutun son dayanacağında toplaşaraq "Sumqayıt Nəqliyyat" MMC-nin direktoru Xannı Rüstəmova öz etirazlarını bildiriblər. Sakinlər xəttin fəaliyyətini dayandırılmasından əziyyət çəkdiklərini və bunun əlavə problemə yol açdığını qeyd ediblər.
Qeyd edək ki, sözügedən marşrut xətti şəhərin mərkəzi bazarından "Naxalstroy" deyilən yaşayış massivi istiqamətində fəaliyyət göstərib. Artıq həmin ərazidə yaşayan sakinlərin problemi qismən həllini tapıb. Belə ki, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov ONA-ya açıqlamasında bildirib ki, 5 nömrəli marşrut xətti uzadılıb və bununla yanaşı, sakinlərin yaxın marşrut xəttinə çıxarılması üçün müvafiq tədbirlər atılıb: "Bunun üçün həmin ərazidən yaxın marşrut xəttinə 3 ədəd avtobus işləyəcək. Bu avtobusların xidmətindən sakinlər pulsuz istifadə edəcəklər. Həmin sürücülərin əməkhaqları isə idarə tərəfindən ödəniləcək".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...