XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "QALA” sığortadan UTANCVERİCİ ADDIM - Ermənilərin raketlə vurduğu ev sığortalansa da...

"QALA” sığortadan UTANCVERİCİ ADDIM - Ermənilərin raketlə vurduğu ev sığortalansa da...

"QALA” sığortadan UTANCVERİCİ ADDIM - Ermənilərin raketlə vurduğu ev sığortalansa da...
19-11-2020, 11:46

Gəncə şəhər sakini, Əli Nəzmi küçəsi ev 20-də yaşayan Namiqə Vilayət qızı Hüseynovanın verdiyi məlumata görə, oktyabrın 4 – də ermənilərin atdığı “Smerç” tipli raket onun yaşadığı mənzili dağıdıb.

DİA.AZ xəbər verir ki, sözügüdən ev İpoteka krediti ilə alınıb və “QALA” sığorta şirkətində sığortalanıb. Namiqə Hüseynova sığorta ödənişi ilə bağlı həmin şirkətə müraciət edib. Şirkətdən ona bildiriblər ki, belə bir hal sığorta müqaviləsində qeyd edilməyib və sığorta ödənişi edilməyəcək. Ancaq ev sahibi müqavilədə göstərilən bir bəndi onların nəzərinə çatdırıb. Bənddə göstərilir ki, “istənilən hər hansı bir əşya evə düşərsə, həmin hadisəyə görə sığorta pulu ödənilməlidir”.

Sığorta şirkəti isə bu hala görə sığorta pulunu ödəməkdən imtina edir.

Namiqə Hüseynova bununla bağlı, dövlət başçısına da rəsmi olaraq müraciət edib.

Mövzuya qayıdacağıq.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.