"Aqrar Sığorta"nın rəhbəri dəyişib - Bundan sonra...
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin İdarə Heyətinin sədri dəyişib.
Xalqxeber.az bildirir ki, bu barədə "APA-Economics"ə sığorta bazarındakı mənbədən bildirilib. Məlumata görə, Əliyev Elvin Mir İsmayıl oğlu sığorta şirkətinin İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşıb. Onun yerinə isə "Aqrar Sığorta"nın sədr müavini Abbasova Elnarə Elxan qızı təyin edilib. O artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC 31 avqust 2020-ci ildə yaradılıb. Şirkət Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti (“Azərbaycan Sənaye Sığorta” ASC, “AzSığorta” ASC, “Bakı Sığorta” ASC, “Xalq Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “PAŞA Sığorta” ASC) tərəfindən bərabər paylarla təsis edilib. Onun nizamnamə kapitalı 2 milyon 187,5 min manat həcmində hər biri 1 manat dəyərində eyni sayda adi adlı sənədsiz səhmdən ibarətdir.
Şirkət Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı