Gəncədə evinə raket düşən daha bir vətəndaş sığorta şirkəti ilə ÜZ-ÜZƏ QALIB... - GİLEY
Gəncə şəhər, Ələkbər bəy Rəfibəyli küçəsi, bina 16A, mənzil 3 ünvanında yaşayan Fərrux Əmrah oğlun Həsənova məxsus mənzil “BTB” ASC-nin Gəncə filialı tərəfindən müvəkkil bank kimi ipoteka krediti ilə alınıb. 11.10.2020 – ci ildə ermənilər tərəfindən atılan “Elbrus” tipli ballistik raket onun yaşadığı evin qarşısına düşüb və hadisə nəticəsində evin ayna – qapıları, ev əşyalarının bir hissəsi yararsız hala düşüb.
DİA.AZ xəbər verir ki, Fərrux Həsənovun mənzili “AtaSığorta” ASC tərəfindən sığortalanıb və o, evə dəyən zərərə görə sığota şirkətinə müraciət edib. Şirkətdən isə bildiriblər ki, sığorta müqaviləsində bu kimi hallar qeyd olunmayıb. O, şirkət əməkdaşlarına müqavilədə qeyd olunmuş sığorta riskləri arasında “hər hansı bir predmetin yerə düşərək mənzilə ziyan vurması” bəndini göstərir. Ancaq şirkət əməkdaşları bu bəndi qəbul etmir və müqavilədə müharibə dövründə baş verən hallarla bağlı heç bir bəndin olmadığını bildiriblər.
Fərrux Həsənovun bununla bağlı, İpoteka Fonduna və Dövlət başçısına da müraciət ünvanlayıb. Mövzuya qayıdacağıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...