SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qazaxda ağac kəsimi ilə bağlı cinayət işi açıldı

Qazaxda ağac kəsimi ilə bağlı cinayət işi açıldı

Tarix:

29-07-2020, 11:42

/ 1 259 dəfə oxundu.
Qazaxda ağac kəsimi ilə bağlı cinayət işi açıldı

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Lakin bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Belə ki, Qazax şəhəri, Coğaz çayının yatağında yerləşən torpaq sahəsində olan söyüd və qovaq ağaclarının qanunsuz kəsilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində toplanmış material üzrə Qazax Rayon Prokurorluğunda yoxlama aparılıb.

Aparılan araşdırmalarla Qazax şəhəri, Coğaz çayının sağ sahilində yerləşən 5 ha torpaq sahəsinin qum-çınqıl istehsalı üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsə icarəyə verilmiş hissəsində olan yaş vəziyyətdə 12-14 diametrli 5 ədəd, 32-36 diametrli 4 ədəd söyüd ağacları, 12-14 diametrli 2 ədəd və 28 diametrli 3 ədəd qovaq ağaclarının 28 saylı Yol İstismar idarəsinin vəzifəli şəxslərinin göstərişi əsasında həmin idarəyə məxsus ağır texnika vasitəsilə qanunsuz olaraq kökündən çıxarılaraq və kəsilərək yük avtomaşını ilə naməlum istiqamətə daşınması nəticəsində təbiətə ümumilikdə 3200 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də, meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ