XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Pensiya və təqaüdlərlə bağlı nazirlikdən mühüm açıqlama

Pensiya və təqaüdlərlə bağlı nazirlikdən mühüm açıqlama

Pensiya və təqaüdlərlə bağlı nazirlikdən mühüm açıqlama
1-07-2020, 15:38

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomatından və yaxud POS-terminalından əlavə faiz tutulmadan əldə etmək mümkündür.

Bu barədə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Qeyd edək ki, bu addım nazirlik, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi arasında əldə olunmuş razılıq əsasında atılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.