SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məni ailəmlə təhdid edirlər..." - "Embavud"dan şikayət

Məni ailəmlə təhdid edirlər..." - "Embavud"dan şikayət

Tarix:

30-06-2020, 09:35

/ 1 267 dəfə oxundu.
Məni ailəmlə təhdid edirlər..." - "Embavud"dan şikayət

Mənə erməninin və gürcünün etmədiyini, “Embavud” şirkətinin Tiflis filialının rəhbərliyi etdi"...
Bir müddət öncə "AzPolitika.info"ya müraciət edən "Embavud" şirkətinin Tiflis filialının keçmiş əməkdaşı Qacar Hüseynov şirkətdə ona edilən haqsızlıqlar barədə məlumat vermiş və şirkət rəhbərliyinə qarşı bir neçə iddia irəli sürmüşdü.

Artıq keçmiş işçisi "Embavud" şirkətini məhkəməyə verib. Yenidən saytımıza müraciət edən Q.Hüseynov, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və "Embavud" şirkətinin rəhbəri Elşad Abbasov müraciət ünvanlayıb.

"AzPolitika.info" müraciəti olduğu kimi təqdim edir: "Nəzərinizə çatdırmaq istəyirəm ki, iyun ayının 11-dən mənim Tiflisdəki filialı olan "Embavud" şirkətinə qarşı şikayətimlə bağlı məhkəmə prosesi davam edir. Məni bu addımı atmağa sözügedən şirkətin rəhbərləri tərəfindən edilən haqqsızlıq məcbur etdi.

Mən bu şirkətdə 2010-cu ildən çalışıram. 10 il ərzində öz ağlım, zəhmətim və məhsuliyətimlə həmişə irəliləmişəm. Yeni təyin olunmuş rəhbərlər şirkəti özləri istədikləri kimi, öz şəxsi maraqları üçün istifadə edirlər, qeyri-qanuni işlərlə məşğul olur və milli maraqları taptalayırlar.

"Embavud" şirkətində illərdi çalışan bir-neçə Azərbaycan vətəndaşları haqda əldə etdiyim məlumat və faktlarla bağlı Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinə şikayət məktubunun hazırlanması prosesindəyəm. Bu şikayətin məzmunu sözügedən şirkəti illərdi talan etməkləri, öz şəxsi maraqları üçün baş ofisə və şirkətin rəhbərlərinə yalan informasiya vermələrindən ibarətdir.

Azərbaycan şirkətinin filialı olduğu üçün, hələlik, Gürgüstanın dövlət strukturlarına və başqa qurumlara şikayət etməyəcəm. İnanıram ki, Azərbaycanın dövlət strukturları faktları araşdırıb, bu şəxslərə qarşı lazım olan tədbirləri görəcəklər.

Həmçinin, sözügedən şirkətin yalnız Gürgüstanda deyil, başqa ölkələrdə olan filiallarında çalışan Azərbaycan vətəndaşları haqda da bir çox xoşagəlməz informasiyalar əldə etmişəm və bu məlumatlar da həmin şikayət məktubunda öz əksini tapacaq!

Xatırlatmaq istərdim ki, mənim həyat yoldaşım Azərbaycan vətəndaşıdır və keçən ilin oktyabr ayından bu şirkətdə çalışır. Son məhkəmə prosesi zamanı sözügedən şirkətin təmsilcisi Murman İsayev mənə onların təklifini qəbul etməyə səsləndi. Ancaq mən bu təklifi qəbul etmədim, ona görə ki, təklif həddən artıq xoşagəlməz idi.

Onda M.İsayev mənim həyat yoldaşımın şirkətdən azad etməkləri ilə bağlı fikir irəli sürdü və dedi ki, şirkət rəhbərləri bu addımı atmağa hazırdı. Yəni mən bunların "yaramaz" təklifini qəbul etməsəm, mənim həyat yoldaşımı işdən azad edə bilərlər və bununla məni şantaj edirlər. Mən isə cavabımda "əgər mənim həyat yoldaşımı işdən azad etsəniz, mən nəinki məhkəmə, bütün mətbuatı, beynəlxalq təşkilatları, Ombudsman aparatını və qeyri hökümət təşkilatlarını ayağa qaldıracam" deyib, M.İsayevin yanından uzaqlaşdım.

Nəzərinizə çatdırım ki, artıq sex rəisi Gülağa Əliyev tərəfindən həyat yoldaşıma qarşı təzyiqlər başlanıb.

Xatırladlm ki, mən artıq dörd aydır işləmirəm, şirkət bu dörd ayda mənə bir qəpiklik yardım da göstərməyib, özü də mənim vəziyyətimi çox yaxşı bilirlər ki, ailəmlə bərabər illərdir kirayədə qalıram. Mənim həyat yoldaşımın maaşı və bəzi xeyirxah insanların köməyi ilə bir təhər dolanırıq. Əminliklə deyə bilərəm ki, nə erməninin, nə də gürcünün mənə və ailəmə qarşı edə bilməyəci namərdliyi Azərbaycan "Embavud" şirkətinin filialı olan "Embavud Georgia"nın rəhbərləri edir. Əksinə, mənim kimi azərbaycanlılara dəstək olmaq əvəzinə, əvvəlcə, mənə, indi isə həyat yoldaşıma qarşı haqqsızlıqla məşğuldurlar.

Qeyd edim ki, 2001-ci ildən 2004 - cü ilə qədər Gürcüstanda üc dildə fəaliyət göstərən "Yeni düşüncə" qəzetinin Azərbaycan səhifəsinin redaktoru vəzifəsində çalışmışam. 2004-cü ildən 2009-cu ilə qədər siyasi məhbus, hal-hazırda iki qeyri hökümət təşkilatının heyyətinin üzvüyəm. Məhbusluq illərində haqqsızlığa qarşı beş dəfə ağzımı tikərək protest aksiyası keçirmişəm.

2006-cı ildə Azərbaycan Respublikasının Ombudsmanı Elmira xanım Süleymanova və Qənirə xanım Paşayeva məni ziyarət edib, əllərindən gələn köməyi etmələrinə söz vermişdilər. Eləcə də Azərbaycanın mətbuat şurasının sədri cənab Amaşov tərəfindən Gürcüstanın keçmiş prezidenti M.Saakaşviliyə mənim günahsız olduğum və mənım "işimlə" bağlı məktub yazmışdır. Azərbaycan səfirliyinin nümayəndələri isə hər bir-iki aydan bir məni ziyarət edirdilər. Bu mənim üçün çox böyük bir dəstək idi.

Onu da deyim ki, mənə "Siyasi məhbus" statusu beynəlxalq təşkilatlar (Crisis Qrup və s.) tərəfindən verilmişdi.

Azərbaycan Respublikasının Baş Prokurorluğundan və "Embavud" şirkətinin rəhbəri hörmətli Elşad Abbasov cənablarından xahiş edirəm ki, "Embavud Georgia" şirkətinin rəhbəri Sənan Omarova, istehsal rəisi Elman Nəsibova və sex rəisi Gülağa Əliyevə qarşı lazım olan tədbirləri görsünlər, bu biabırçılığa son qoyulsun".

Şikayətdə adları keçən şəxslərin və "Embavud" şirkətinin dəmövqeyini işıqlandırmağa hazırıq.

Şərhlər

XƏBƏR LENTİ