XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Beynəlxalq Bank" vətəndaşları necə çilədən çıxarır?... - GİLEY

"Beynəlxalq Bank" vətəndaşları necə çilədən çıxarır?... - GİLEY

"Beynəlxalq Bank" vətəndaşları necə çilədən çıxarır?... - GİLEY
16-06-2020, 10:00

Şikayətim Azərbaycan Beynəlxalq Bankı nın Binəqədi filialındandır. Yığıb - yığıb müşahidələrimi, nəhayət, bölüşmək istədim.
Birinci pandemiyadan əvvəlki xidmətləri haqda danışmaq istəyirəm ümumi olaraq.
Olub ki növbə aparatı işləməyib, kağız parçaları üzrə bizə növbə veriblər, amma xidmət göstərməli olanın həmin xidmətlərdən xəbəri yoxdur. Sadəcə oturaraq çağırıb, növbə götürənlərin də bir - birindən xəbəri yoxdur deyə kimin növbəsi olduğunu bilmək üçün vaxt daha da uzanıb.
Olub ki 1 adama 2 nəfər xidmət göstərib, yəni biri kompüter arxasında olub, digəri ona yönəltmələr verib ki bunu bas, onu bas. Deyərsiniz ki nə var ki burada, amma onun soruşa - soruşa xidmət etməsi vaxtı daha da uzadıb və qıraqdan qeyri - professional görünür. Əməliyyat əvvəlcədən öyrədilməli idi ona.
Olub ki bir şöbə üzrə xidmət göstərənin kompüteri işləməyib. Oturub "düzəltməyə", alınmayanda da digər şəxsin kompüterindəm istifadə etməyə başlayıb, özünkü deyil deyə yenə işlətməkdə çətinlik çəkib, əlavə vaxt gedib. Halbuki hər filialın texniki olmalıdı bu iş üçün, ki tez düzəltsin.
Olub ki müştəri gəlib oturub, sonra aydın olur ki tanış imişlər və artıq xidmətdəm əlavə söhbətlər gedir.
Keçək spesifiklərə. 2 - 3 dəfə sırf eyni xidmətdən, yəni hüquqi xidmətdən istifadə etmişəm və eyni şəxsin - Bəhram Cabbarovun müştərisi olmuşam. İlk dəfə "Azərbaycanlısınız? Nə qəribə soyadınız var. Xaricilərə oxşayırsınız. İmzanı nə qəribə çəkirsiniz, xaricilər kimi çəkirsiniz." Kimi qəribə, həm də şəxsi suallar verdi mənə. Mən də soyadıma görə bu təcrübəni yaşamışam deyə fikir vermədim çox. 2ci dəfə gedəndə saat 5 olmasına az qalırdı, amma yenə də növbəm gəlib çatdı. Maraq üçün soruşdum ki siz neçəyə qədər işləyirsiniz, çünki 5ə az qalmasına baxmayaraq hələ də neçə adam növbədəydi. İzah etdi ki, tam fixed deyil. Niyə soruşdunuz deyəndə səbəbi dedim. Və cavab olaraq mənə " aa mən də elə bildim məni çaya/kofeyə dəvət edəcəksiniz " dedi gülərək. Bu cavabı gözləmədiyimdən bir az şok oldum, nəsə deyə bilmədim, sadəcə neytral baxışlarımla demək istədim ki axı yeri deyildi bunun. Elə ordaca üzünə bunun qeyri - etik və qeyri - professional olduğunu deyə bilərdim ya rəhbərliyə şikayət edə bilərdim. Sadəcə həmin an rasional düşünə bilmədim.
Keçən pandemiya vaxtı xidmətə.
Səhər saat 10da banka getdikdə şəkildəki vəziyyətlə qarşılaşdım. Çoxu yaşlı olmaq şərti ilə insanlar günün altında, ayaq üstdə içəriyə keçmək, növbə aparatından növbə götürmək üçün növbə götürürdülər. Banka çox adamı daxil etməmək nə.qədər əla görünsə də, çöldəki adamlara bu cür zülm etmək o qədər dəhşətlidir. Orda bir yaşlı qadın məndən əvvəl gəlmişdi və mən xidmətdən istifadə edib çıxanda artıq saat 1ə işləyirdi və o hələ də orda idi. Üstəgəl narazı müştəriyə nə etsən də, sosial məsafəni başa sala bilməzsən, çünki artıq bezib, kağızda adının çəkilməsinin gözləyir.
Orada pul çıxartmaq üçün 2 ATM qoymuşdular. Biri çöldə idi və deyəsən yeni tip atm idi, biri isə demə içəridə idi. Çöldə olandan heç kimin başı çıxmadı, sadəcə neçə dəqiqələrlə əlləşib vuruşub nəsə etmək istədilər. Orada dayanan əsgər də çox kömək edə bilmirdi. Sonradan aydın oldu ki içəridə də aparat var və indi insanlar o atm üçün növbə gözləməyə başladılar. Halbuki bunu əvvəldən deyə, yaxud yeni tip atmdirsə, kağız parçada istiqamətlər göstərə bilərdilər.
Nə çatışmır?
1. Tekniki vasitələri yaxşı işləmir.
2. İşçilərin korporativ davranış qaydaları haqda təlimlərə ehtiyac var.
3. Bütün banklar Asan Xidmət kimi onlayn növbə sisteminə keçid edə bilər. Nəzərə alsaq ki, korona hələ uzun müddət yaxamızı buraxmayacaq, şirkətlər buna uyğun strategiyalar qurmalıdırlar. Yaşlı insanların da internetdən istifadə edə bilmədiyini nəzərə alsaq, növbə götürmə zənglə yaxud smslə ola bilər. Məsələn, hər çöbə üçün təxmini orta müddət götürə bilərlər. Əməliyyatlardırsa, müddət az ola bilər, çünki gördüm ki o şöbə üçün növbə tez - tez gedirdi. Kredit üçün isə adam da çox idi, proses də uzun idi. Demək növbə orta müddətini daha uzun vermək olar.
4. Çöldəki sosial məsafəni qorumaq üçün insanları da məmnun etmək lazımdır. Məsələn, kredit şöbəsinə növbə çoxdursa, işçi sayını artlrmaq olar. Çöldə oturmaq üçün skamya, günəşdən qorunmaq üçün xüsusi dam və pulsuz su aparatı qoymaq olar. Hər halda biz robot deyilik, insanıq. Şirkətlər də təkcə pul qazanmaq üçün yox, həm də sosial məsuliyyətlərini yerinə yetirmək üçün çalışmalıdırlar.
Bütün dediklərim bir dəfə bunu görənlər üçün mənasız gəlsə də, say çoxaldıqca artıq şirkətin reputasiyasına mənfi təsir göstərir.
Diqqətiniz üçün təşəkkür edirəm!

//icmal.az//
"Beynəlxalq Bank" vətəndaşları necə çilədən çıxarır?... - GİLEY

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.