XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Xəstəxanalarda peyvənd növbəsi... - FOTO

Xəstəxanalarda peyvənd növbəsi... - FOTO

Xəstəxanalarda peyvənd növbəsi... - FOTO
5-03-2021, 18:37

Xırdalan şəhərində 5 saylı orta məktəbdə həyata keçirilən vaksinasiya prosesi zamanı karantin qaydalarının pozulması ilə bağlı məlumatlar yayılıb. Əvvəlcədən növbə götürülsə də, proses lazımi şəkildə tənzimlənmədiyindən xəstəxananın dəhlizində izdiham yaranıb.

Bu barədə iqtisadçı ekspert Samir Əliyev öz "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, xəstəxananın dəhlizi başdan-ayağa yoluxma mənbəyidir, müraciət edən insanların hamısı da yoluxmağa həssas insanlardır:

“Bütün günü reklam olunan randevu.its.gov.az saytında valideynlərim üçün saat 11:00-a vaxt götürmüşəm. Gəlmişik, azı 200 nəfər var. 50 nəfər keçib, bizə 221-222-ci sıra verilib. Soruşuram, mənim vaxtım 11:00-dur, niyə mənə yeni nömrə verirsən? Mənə camaatı göstərib deyir ki, bunlar da növbə gözləyir, bu qədər camaatı tapdalayıb keçmək istəyirsən? İzah edə bilmirəm ki, mən növbə tutmuşam, heç kimin növbəsinə girmək fikrim yoxdur. TƏBİB deyir ki, vaxtı seçib növbə gözləmədən vaksin vurdur. Ancaq təcrübə göstərir ki, TƏBİB-in camaata yenilik kimi sıradığı onlayn növbə boş şeydir, işləmir”.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi bu məsələ ilə bağlı birgə məlumat yayıb.

Bildirilir ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq hazırda 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilir. Sözügedən şəxslər //randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur. Tibb müəssisələrinin əməkdaşları növbədən kənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar.

Peyvənd məntəqələrində sıxlığın yaranmasına digər bir səbəb onlayn növbə xidmətindən istifadə edən bəzi şəxslərin qeyd olunan randevu vaxtından tez və ya gec müəssisəyə gəlməsi olur.

Məlumatda qeyd olunur ki, bu cür halların baş verməməsi üçün vətəndaşlardan bir daha xahiş edilir ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün //randevu.its.gov.az/ saytından onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar.

Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər isə ərazi üzrə poliklinikaya zəng edə bilərlər. Bu zaman onlara qeydiyyatçılar tərəfindən onlayn növbənin götürülməsi üçün dəstək göstərilir.
Xəstəxanalarda peyvənd növbəsi... - FOTO


[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.