ASAN Xidmət önündə izdiham: Güzəştli mənzillər narazılıq yaratdı (FOTOLAR)
Ölkə prezidenti mayın 24-də imzaladığı 1418 nömrəli Fərmanı ilə “Güzəştli Mənzil” sistemi haqqında əsasnamə təsdiq edib. Dünəndən etibarən ev almaq istəyən vətəndaşların qeydiyyatı başlayıb.
Güzəştli mənzillərə sahib olmaq istəyənlər qeydiyyat üçün növbə götürmək məqsədi ilə ASAN Xidmətə müraciət etsələr də, ilk 100 nəfər xaricində heç kimə növbə verilməyib.
Bu gün səhər saatlarından etibarən ASAN xidmət mərkəzləri qarşısında izdiham yaşanır. Vətəndaşlar ASAN imza və Elektron imza aldıqları halda ,növbə götürə bilmədikləri üçün narazılıqlarını bildirirlər.
1 saylı ASAN Xidmət mərkəzinin nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev izdihamı sakitləşdirmək məqsədilə verilən sualları cavablandırmağa, sakitliyi təmin etməyə çalışsa da, deyilənlər vətəndaşları qane etmədiyindən “sülhü bərqərar etmək” mümkün olmayıb.
Etirazların əsası isə əslində düzgün növbə sisteminin təşkil edilməməsidir. Evlərin kimlərə veriləcəyi il bağlı kateqoriyalar təyin olunsa da, növbələşmə sistemində heç bir sistem, status təyin olunmadığından narazılıqlar hər saniyə artır. Məsələnin necə həll olunacağı isə hələlik sual altındadır.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...