SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Karantini pozaraq cərimələnən sürücülərin sayı açıqlandı

Karantini pozaraq cərimələnən sürücülərin sayı açıqlandı

Tarix:

24-04-2020, 10:10

/ 906 dəfə oxundu.
Karantini pozaraq cərimələnən sürücülərin sayı açıqlandı

Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb...
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 23.04.2020-ci il saat 00:00-dan 24.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

BDYPİ-dən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 23.04.2020-ci il saat 00:00-dan 24.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 151 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 37 515 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Şərhlər

XƏBƏR LENTİ