XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Deputatın da partiyası “ac-susuz” qalıb

Deputatın da partiyası “ac-susuz” qalıb

Deputatın da partiyası “ac-susuz” qalıb
6-04-2020, 13:13

Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 32-si 2019-cu il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

milletinsesi.info-ın məlumatına görə, həmin 32 siyasi partiyadan 20-si hesabatında gəlirlərinin və xərclərinin olmadığını bəyan ediblər.

Rəsmi hesabatdakı məlumatlar istinad nöqtəsidirsə, demək olar ki, 20 partiya “ac-susuzdur”.

Bu hesabatların müvafiq partiyalardakı faktiki vəziyyəti nə qədər dolğun əks etdirib-etdirmədiyini söyləyə bilmərik.

Ancaq fakt odur ki, həmin partiyalar “qazanclarının” olmadığını bəyan ediblər.

Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Kommunist Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Müasir Musavat Partiyası, “Milli Vəhdət” Partiyası, “Birlik” Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Təkamül Partiyası, “Qorqud” Partiyası, Vahid Azərbaycan Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Xalq Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Vətəndaş Birliyi Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası boş maliyyə hesabatı verənlər sırasındadır.

Qeyd edək ki, siyahıda qeyd olunan Vətəndaş Birliyi Partiyasının sədri deputat Sabir Hacıyevdir.

Bildirək ki, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidirlər. MSK bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.