Lalə Şövkət parlament seçkisi ilə bağlı qərar verdi
Lalə Şövkətin 2020-ci ilin 9 fevralında keçiriləcək növbədənkənar parlament seçkisinə qatılmaq fikri yoxdur”.
Bunu Modern.az-a Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan partiya lideri Lalə Şövkətin növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmaması barədə danışarkən deyib.
ALP sədri Lalə Şövkətin seçki barədə fikirlərini bir cümlə ilə cavablandırıb. Bildirib ki, yeni parlamentin köhnədən fərqlənməyəcəyi düşüncəsindədirlər.
Əvəz Temirxan özünün də növbədənkənar parlament seçkisinə getməyəcəyini bildirib:
"Nə mən, nə də partiyamız seçkilərə gedir. 2010-cu ildə mən 23 nömrəli Nəsimi- Səbail seçki dairəsindən deputat seçilmişdim. Lakin, mənim mandatımı Ziyad Səmədzadəyə veridlər. Hələlik dəyişən bir şey yoxdur”.
Qeyd edək ki, Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 11 siyasi partiyanın səlahiyyətli nümayəndəsi qeydə alınıb. Bunlar aşağıdakılardı:
Yeni Azərbaycan Partiyası
Ümid Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası
Böyük Quruluş Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Demokrat Partiyası
Böyük Azərbaycan Partiyası
Vahid Azərbaycan Partiyası
"Ana Vətən” Partiyası

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?