19 siyasi partiya maliyyə hesabatı verib
Mərkəzi Seçki Komissiyasına (MSK) 2017-ci il üzrə maliyyə hesabatı təqdim edən siyasi partiyaların bir qisminin adı açıqlanıb
Adları açıqlanan partiyaların sayı 19-dur.
Bunlar Yeni Azərbaycan Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Kommunist Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası, Azərbaycan Xalq Partiyası, Vəhdət Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və “Milli Vəhdət” Partiyasıdır.
Ümumilikdə isə MSK-ya maliyyə hesabatı təqdim edən partiyaların sayı 30-a yaxındır.
Qeyd edək ki, Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək