SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Ciblərimizə əl atırsınız” – Jurnalistdən Dövlət Gömrük Komitəsinə SƏRT TƏNQİD

“Ciblərimizə əl atırsınız” – Jurnalistdən Dövlət Gömrük Komitəsinə SƏRT TƏNQİD

Tarix:

3-03-2020, 18:29

/ 795 dəfə oxundu.
“Ciblərimizə əl atırsınız” – Jurnalistdən Dövlət Gömrük Komitəsinə SƏRT TƏNQİD

Azərbaycanda gedən islahatlar gömrükdə aparılmadıqca, bu ölkədə koronavirusdan da böyük təhlükə Dövlət Gömrük Komitəsidir”.

Bunu jurnalist Aqil Ələsgər deyib.

“Malları yoxlayırlar, düz edirlər. Ancaq ölkəyə girən insanı əllə yoxlamaq nədir, həm də koronavirus zamanı, ay cənab Səfər Mehdiyev? Budur gömrük islahatı? Əvvəl əl baqajlarını yoxlayırdınız, indi ciblərimizə əl atırsınız, sonrakı islahatlarınızı təsəvvür belə etmək istəmirəm. İndi köhnələrdən qalmış mətbuat xidmətinin rəhbəri yazacaq ki, dövlətin qayğı göstərdiyi jurnalist niyə bizi tənqid etməlidir axı? Mən dövlətimin könüllüsüyəm, hər zaman da işim hansı sahədə qabağıma çıxarsa, problemdən yazmaqdır. Niyə insanı öz ölkəsinə addım atmağa peşman edirsiniz? Baxın, mən insafsız deyiləm. Vaxtilə, AZAL-ı hər təyyarəyə minəndə də, düşəndə də tənqid edirdim. Ancaq bu gün qiyməti istisna olmaqla, xidməti çox bərkgedən şirkətdən daha yaxşıdır. Sizdən də tək istəyim adam kimi xidmət göstərməyinizdir. Qanunu pozan varsa, cəzalandırılmalıdır, ancaq gələn turisti də, vətəndaşı da yormayın, incitməyin. Sizin bu sahədə tək islahatınız kağız-kuğuz işinin artmasından başqa bir şey deyil!..” – A.Ələsgər qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ