SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakının mağazalarında Ermənistan istehsalı olan konfet satılır - FOTO

Bakının mağazalarında Ermənistan istehsalı olan konfet satılır - FOTO

Tarix:

12-01-2020, 16:32

/ 2 032 dəfə oxundu.
Bakının mağazalarında Ermənistan istehsalı olan konfet satılır - FOTO

Bakıda "Xətai" metrosunun yaxınlığında, "Freshmart" supermarketində Ermənistanda istehsal edilən konfeti satılır.
Pravda.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə Sənan Nəcəfov paylaşım edib.

S.Nəcəfov bildirib ki, bu məlumatı və fotoları ona dostlarından biri göndərib: "Həmin dostumuz deyir ki, "Xətai" metrosunun yaxınlığında, "Freshmart" supermarketində piştaxtada İrəvanda istehsal olunan şokoladlara rast gəlib. Bununla bağlı mağazanın rəhbərliyinə irad tutub. Onlar həmin şokoladları mağazadan yığışdıracaqlarını deyiblər. Həmin dostumuz bu gün yenə həmin mağazaya gedib. Dediyinə görə, həmin İrəvan istehsallı şokoladların yerinə eyni firmanın Moskva istehsallı şokodları qoyulub. Lakin diqqətlə baxıldıqda aralarında hələ də erməni mallarını tapmaq olur. Başqa heç nə yazmıram. erməni məhsullarının Bakı piştaxtalarına necə ayaq açdığını araşdırmaq lazımdır. Çox üzücü haldır”.
Həmin konfet sözügedən mağazada 16.28 AZN təklif olunur.

Bu məsələ bir neçə dəfə gündəmə gəlsə də, konfetin satışı dayandırılmayıb.

Bu da vətəndaşların narazılığına səbəb olub.
Bakının mağazalarında Ermənistan istehsalı olan konfet satılır - FOTO


Şərhlər

XƏBƏR LENTİ