XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Beş və altıgünlük iş həftəsi olan məktəblərdə dərs qrafiki açıqlandı

Beş və altıgünlük iş həftəsi olan məktəblərdə dərs qrafiki açıqlandı

Beş və altıgünlük iş həftəsi olan məktəblərdə dərs qrafiki açıqlandı
26-12-2019, 15:54

Azərbaycanda beş və altıgünlük iş həftəsi olan məktəblərdə dərs qrafiki müəyyənləşib.

Təqvimdə edilən dəyişikliklərə əsasən, dekabrın 28-i və 29-nun dərs qrafiki aşağıdakı qaydada təyin edilib.

Belə ki, 5 günlük iş həftəsi olan məktəblərdə dekabrın 28-i gələn il yanvarın 3-də keçirilməsi nəzərdə tutulan dərslər keçiriləcək. Dekabrın 29-da isə yanvarın 6-da olan dərs qrafiki tətbiq olunacaq.

Bundan başqa, 6 günlük iş həftəsi olan məktəblərdə dekabrın 29-da gələn ilin yanvar ayının 3-də olan dərslər keçiriləcək. Yanvarın 4-ü və 6-da isə VIII, IX, X, XI siniflər üçün dərs günüdür.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yeri dəyişdirilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.