SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ramiz Mehdiyevin həyat yoldaşına yeni vəzifə verildi

Ramiz Mehdiyevin həyat yoldaşına yeni vəzifə verildi

Tarix:

23-12-2019, 02:25

/ 732 dəfə oxundu.
Ramiz Mehdiyevin həyat yoldaşına yeni vəzifə verildi

Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Kommisiyasının əmri ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu nəzdində "Kompüter elmləri" və "Ehtimal nəzəriyyəsi" ixtisasları üzrə riyaziyyat elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Dissertasiya şurası fəaliyyətə başlayıb.

Yeniavaz.com-a istinadən xəbər veririk ki, AMEA İdarəetmə Sistemləri İnstitutu nəzdində təşkil olunan "Kompüter elmləri" ixtisası üzrə Dissertasiya şurasının sədri professor Qalina Mehdiyeva təyin olunub.

Onu da bildirək ki, AMEA prezidenti Ramiz Mehdiyevin 75 yaşlı həyat yoldaşı - fizika-riyaziyyat elmləri doktoru, professor Qalina Mehdiyeva hazırda Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakultəsində Hesablama riyaziyyatı kafedrasının müdiri vəzifəsində çalışır.

Şərhlər

XƏBƏR LENTİ