SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Abşeron DYP əməkdaşları qadını ölümdən qaytardı

Abşeron DYP əməkdaşları qadını ölümdən qaytardı

Tarix:

23-11-2019, 13:38

/ 1 786 dəfə oxundu.
Abşeron DYP əməkdaşları qadını ölümdən qaytardı

Abşeron Rayon Dövlət Yol Polisinin əməkdaşları növbəti dəfə humanist və nümunəvi addımı ilə yadda qalıblar. Reportyor.info xəbər verir ki, bu yaxınlarda 30 yaşlı Vüsalə Cəfərovanın boğazında balıq sümüyü qalıb. Atası Famil Cəfərov təcili şəkildə ona çöpçüyə aparıb ki, sümük çıxarılsın. Lakin balıq sümüyünü çıxarmaq mümkün olmayıb və atasına təcili xəstəxanaya çatdırması məsləhət görülüb. Bu zaman F.Cəfərov övladını xəstəxanaya çatdırmaq üçün sürət həddini aşıb və bu fakt 90 YP 190 nömrəli xidməti maşında olan yol polisi Vasif Ələsgərovla Əli Cavadovun diqqətini cəlb edib. Sürücü saxlanılsa da, övladının məsələsindən xəbər tutan hər iki yol polisinin köməyi ilə xəstəxanay çatdırılıblar. F.Cəfərov bildirib ki, yol polis əməkdaşları onları “Semaşko”ya aparıblar: “Onların yardımı sayəsində xəstəxanaya vaxtında çatdıq, indi övladım yaxşıdır. Bu nümunəvi hərəkətinə görə Abşeron rayon yol polis əməkdaşlarına təşəkkür edirəm”.

Bundan əvvəl də Abşeron DYP əməkdaşı polis kapitanı Vasif Sadıqov qolu kəsilən 21 yaşlı gənc oğlanın həyatını xilas etmişdir.Ərazidə xidmət edən Vasif Sadıqov yaralını və onun anasını 99 YP 174 dövlət nömrə nişanlı patrul avtomobilinə mindirərək xəstəxanıya çatdırmışdır.

Şərhlər

XƏBƏR LENTİ