XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Piyadanı vuran sürücü şoka düşdü

Piyadanı vuran sürücü şoka düşdü

Piyadanı vuran sürücü şoka düşdü
27-11-2017, 09:54

Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yolu keçmək istəyən 1975-ci il təvəllüdlü İbrahimli Arzu Əvəz qızını "Mercedes" markalı avtomobil vurub.

Sürücü yaralıya kömək edə bilməyib. Əraziyə cəlb edilən Yol Patrul Xidməti əməkdaşlarının köməyi ilə sürücü və yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, sürücü hadisənin baş verdiyi an müvəqqəti şok vəziyyətinə düşüb. Sürücüyə ilkin yardım göstərildikdən sonra o, Abşeron Rayon Polis İdarəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.