SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı Şəhər İcra Hakimiyyətində 3 qurum ləğv edildi - Eldar Əzizov islahatlara başladı

Bakı Şəhər İcra Hakimiyyətində 3 qurum ləğv edildi - Eldar Əzizov islahatlara başladı

Tarix:

19-12-2018, 12:36

/ 1 059 dəfə oxundu.
Bakı Şəhər İcra Hakimiyyətində 3 qurum ləğv edildi - Eldar Əzizov islahatlara başladı

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov struktur islahatlarına başlayıb.

xalqxeber.az bakupost-a istinadən xəbər verir ki, struktur islahatları çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki departament və idarə statusunda 3 təşkilat ləğv edilib.

Həmin təşkilatlarda çalışan əməkdaşlara hələ İcra Hakimiyyətinin tabeliyindəki digər təşkilatlarda işlə təmin olunub-olunmayacaqları bildirilməyib.

Bakı şəhər İcra Hakimiyyətinin yaxın iki gündə bu barədə geniş açıqlama yayacağı gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ