SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » BABA RZAYEV "AZƏRODUNCAQ" ASC YARADIR?

BABA RZAYEV "AZƏRODUNCAQ" ASC YARADIR?

Tarix:

2-04-2018, 15:57

/ 2 013 dəfə oxundu.
BABA RZAYEV "AZƏRODUNCAQ" ASC YARADIR?

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayevin Bakıətrafı qəsəbələrdə tərəvəz yetişdirilən istixana biznesinin olması barədə söhbət çoxdan var. O da məlumdur ki, cənab Rzayev energetika sahəsinə elektrotexnika biznesindən gəlib. Başqa sözlə, ona "bu qədər pulun hardandı" sualı düşmür. Ancaq qarşısında "yaşıl işıq" yandırılmış, qabağına çıxan bütün qapılar taybatay açılmış bu nüfuzlu iş adamının çoxşaxəli fəliyyətində hərdən elə "yeniliklərə" rast gəlinir ki, onun əsas, yəni, ölkə başçısı tərəfindən müəyyənləşdirilmiş vəzifəsi ilə daban-dabana ziddiyyət təşkil edir və mütləq cavab tələb edən suallar doğurur. Bu günlərdə əldə etdiyimiz məlumata görə, paytaxtın Şüvəlan qəsəbəsində məlum bir ünvanda əsasən fıstıq ağacından olan oduncaq tədarük edilir və bu işlə məşğul olanlar özlərini sığortalamaq üçün "Azərişıq" rəhbərinin adını hallandıraraq, məhz onun patronajlığı altında çalışdıqlarını deyirlər. Maraqlıdır, deyilmi? Görəsən, ölkəni elektrik enerjisi ilə təchizatına cavabdeh bir quruma başçılıq edən bir şəxsin oduncaq tədarük etmək nəyinə lazımdır? İstilik hasil etmək üçün yanacaq kimi istifadə olunan fıstıq ağacları bəyəm elektrik enerjisi ilə müqayisədə bu qədərmi ucuz başa gəlir? Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə necə baxır? Tədarükçülər B. Rzayevin adını hətta tutaq ki yalandan hallandırmaq üçün cəsarəti hardan tapıblar? Və niyə başqası yox, məhz B. Rzayev? Ümid edirik ki, bu mövzu ilə bağlı növbəti yazımızı oxucularımıza təqdim edənədək toxunduğumuz nüansların ya təsdiqinə, ya da təkzibinə nail ola biləcəyik.

Azerinfo.az
BABA RZAYEV "AZƏRODUNCAQ" ASC YARADIR?
BABA RZAYEV "AZƏRODUNCAQ" ASC YARADIR?
BABA RZAYEV "AZƏRODUNCAQ" ASC YARADIR?
BABA RZAYEV "AZƏRODUNCAQ" ASC YARADIR?
BABA RZAYEV "AZƏRODUNCAQ" ASC YARADIR?
BABA RZAYEV "AZƏRODUNCAQ" ASC YARADIR?
BABA RZAYEV "AZƏRODUNCAQ" ASC YARADIR?

Şərhlər

XƏBƏR LENTİ