"Azərişıq"ın yeni sədri kim olacaq? - Baba Rzayev kimi deyəcəksə...
Baba Rzayevin "Azenerji"yə rəhbər göndərilməsinin ardından yeni müzakirə açıldı: "Azərişıq" ASC-yə bundan sonra kim başçılıq edəcək? Bununla bağlı artıq ilkin versiya mövcuddur. Məsələn yerli KİV-lər iddia edirlər ki, hazırda Bakı Metropoliteninin rəisi postunu tutan Zaur Hüseynov Baba Rzayevin yerinə ən şanslı adaydır.
Amma bu barədə danışan mənbə tamam fərqli bir iddianı qoyur. Mənbənin söylədiklərini təqdim edirik:
""Azərişıq"a bu gün kənardan, tamamən yad xarakterli, yad bir kadrın təyinatı doğru olmaz. O zaman bir neçə ildən, bəlkə də bir neçə aydan sonra "Azərişıq" da "Azenerji"nin gününə qalacaq. Bu vaxta qədər "Azərişıq" özünün fəaliyyətində yenlikçilik, ən son texnologiyaların tətbiqinə meyllilik nümayiş etdirir ki, bu keyfiyyət də qurumun iş prinsipində prioritet təşkil etməkdədir.
Belə olan təqdirdə bu sahəyə bələd olmayan birisinin "Azərişıq"a gətirilməsi həm Baba Rzyaevin dövründə başlanan uğurlu fəaliyyətə zərbə olar, həm də görülməkdə olan işlərin iflası anlamını daşıyar".
Mənbə bildirir ki, məhz bu kriteriyalar səbəbindən "Azərişıq"a öz daxilindən - mütəxəssislərdən birinin rəhbər təyinatı daha çox gözləniləndir: "Belə bir müzakirə gedir. Və qeyd edək ki, bu işdə Baba Rzayevin msələhətləri də önəm daşıyır. Yəni Baba müəllim həm də "Azərişıq"ın növbəti rəhbərinin kimliyi ilə bağlı da tövsiyyə imkanına malikdir".
Əlavə bilgilərimiz olacaq və "Azərişıq"ın yeni rəhbərinin kim ola biləcəyini diqqətinizə təqdim edəcəyik. Bizi izləyin...
Dia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...