"Seçkidən sonra "Azərişıq" rəhbərliyi də dəyişəcək". Bu iddia ilə DİA.AZ-a açıqlamasında Nazirlər Kabinetindəki mötəbər mənbə çıxış edib. Qaynağın iddialarına görə, ASC sədri Baba Rzayevlə bağlı başqa planlar var və onun NK-da yüksək vəzifə tutması gözlənilir.
Mənbənin söylədikləri: "Hələlik hansı postdur bilinmir, amma Baba Rzayev NK-ya gətiriləcək. Onun yerinə isə gənc kadrlardan birinin təyin olunması gözlənilir".