SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Əhaliyə xəbərdarlıq edilib, ərazi 24 saat mühafizədədir”

“Əhaliyə xəbərdarlıq edilib, ərazi 24 saat mühafizədədir”

Tarix:

31-01-2018, 10:38

/ 1 616 dəfə oxundu.
“Əhaliyə xəbərdarlıq edilib, ərazi 24 saat mühafizədədir”

Bakının Bayıl yamacında torpaq sürüşməsindən sonra evlərindən çıxarılan sakinlər və sürüşmə zonasındakı vəziyyətlə bağlı son məlumat açıqlanıb.

Səbail Rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib ki, bu qurum tərəfindən onlara aid olan bütün işlər görülüb: “Biz işlərimizi bitirmişik. Təhlükə zonasında yerləşən 103 ev yenidən nömrələnib. Həmin evlərdə kimlərin yaşadığı qeydə alınıb, şəkillər çəkilib və əhaliyə xəbərdarlıq edilib. Həmin ərazidə bizim nümayədələrimiz və polis 24 saat mühafizədədir.

Sakinlərin bəziləri qohum evlərinə gedib, 80-ə yaxın şəxs isə sığınacaqda məskunlaşıb. Vətəndaşlar gündüzlər gedib öz evlərinə baş çəkirlər.

Onlara kirayə pulunun verilməsi üçün Nazirlər Kabinetinin tapşırığını gözləyirik. Öncə aylıq pulun miqdarı müəyyən edilməlidir”.

Ərazidə son günlər sürüşmə baş vermədiyi də qeyd olunub: “Yaponiyadan gələn mütəxəssis təkliflərini hazırlayır, bizim alimlərimiz də işləyirlər. Ərazidə cihazlar quraşdırılıb, hər gün göstəricilər götürülür. Yanvarın 30-na olan məlumata görə aktiv sürüşmə qeydə alınmayıb”.

Şərhlər

XƏBƏR LENTİ