Artur Rəsizadə sərəncam imzaladı
Nazirlər Kabineti Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı qərar qəbul edib.
Məlumata görə, qərara əsasən, maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirməlidir.
Sakinlərə hansı məbləğdə maliyyə vəsaitinin ayrıldığı hələ məlum deyil.
Xatırladaq ki, yanvar ayının son ongünlüyündən etibarən Səbail rayonundakı Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik başlayıb. Sürüşmə hələ də aktiv fazadadır və davam edir. Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub. Səbail Rayon İcra Hakimiyyəti (RİH) ərazidən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə), yəni 390 nəfər ailə üzvü köçürüb. Fevral ayının 10-da ərazidəki növbəti sürüşmə nəticəsində 4 ev dağılıb. Hazırda təhlükə səbəbindən əraziyə heç kim buraxılmır. Səbail RİH ərazidə evi olan sakinləri siyahıya alıb.
Nazirlər Kabinetinin (NK) Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verdiyi rəsmən təsdiqlənib.
NK-nın mətbuat xidmətinin rəhbəri Akif Əli "Report"a açıqlamasında müvafiq sərəncamın baş nazir Artur Rəsizadə tərəfindən imzalandığını bildirib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...