Sürüşmə zonasından son xəbər - Ailələr məktəbə sığınıb
Xəbər verdiyimiz kimi, Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə hadisəsi baş verdiyi üçün ərazidə yaşayan sakinlərin köçürülməsinə başlanılıb. Səbail rayon İcra Hakimiyyətindən daxil olan məlumatda 67 ailənin qohumlarının evlərinə və 49 saylı orta məktəbə yerləşdirildiyi bildirilmişdi.
Ərazidə olan əməkdaşımızın verdiyi məlumata görə, 49 nömrəli məktəbdə yerləşdirilən təqribən 50-60 ailə yenidən 163 nömrəli məktəbə köçürülüb.
Məktəbdə sakinlər üçün otaqlara çarpayılar qoyulub, ailələr yeməklə təmin olunub.
Amma köçürmə komissiyasının nümayəndəsi bildirib ki, ailələr burada qalmaq istəmir. Onlar əşyalarını yığmaq üçün evlərinə getmək istəyirlər. Hazırda Bayıldakı ərazi polis nəzarətindədirvə oraya heç kim buraxılmır.
Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...