Prezident: Sumqayıtdan Rusiya sərhədinə qədər yeni yol çəkiləcək
Bu il 2300 kilometr avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkiləcək.
Bunu prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.
Dövlət başçısı qeyd edib ki, keçən il şərti olaraq “40 yol” adlandırılan layihə çərçivəsində 500-dən çox kəndin yolu tikilib, abadlaşdırılıb.
“Bu il isə minimum 600 kəndin yolu tikilməlidir. Bu məqsədlə kifayət qədər vəsait nəzərdə tutulub. Eyni zamanda, bu il biz yeni magistral yolun tikintisi ilə ciddi məşğul olacağıq. Sumqayıt şəhərindən Rusiya sərhədinə qədər yeni yolun çəkilişi də nəzərdə tutulub”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...