SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vasif Talıbov yeni qurum yaratdı

Vasif Talıbov yeni qurum yaratdı

Tarix:

22-12-2017, 10:40

/ 2 136 dəfə oxundu.
Vasif Talıbov yeni qurum yaratdı

Naxçıvan MR-nın Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya Mərkəzinin yenidən təşkili haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu
verilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla Duzdağ Fizioterapiya Mərkəzinin istifadəsində olan əmlak və avadanlıqlar publik hüquqi şəxsin balansına veriləcək.

Həmçinin Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görülməsi tapşırılıb.

Qeyd edək ki, sərəncam 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Şərhlər

XƏBƏR LENTİ