XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Eldar Mahmudovun yaxın qohumu Bakı Musiqi Akademiyasını qorxu yuvasına çevirib – İDDİA

"Eldar Mahmudovun yaxın qohumu Bakı Musiqi Akademiyasını qorxu yuvasına çevirib – İDDİA

"Eldar Mahmudovun yaxın qohumu Bakı Musiqi Akademiyasını qorxu yuvasına çevirib – İDDİA
16-12-2017, 14:58

"Ləğv olunmuş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun qanunsuz əməllərinin ifşasından sonra onun həbs olunmamağı Mahmudovun yaxın ətrafı üçün əlavə avantaja çevrilib.
Əldə etdiyi məlumata görə, Mahmudovun yaxın qohumu (bibisi qızı) Yeganə Axundova (Mahmudova) prorektoru olduğu Azərbaycan Bakı Musiqi Akademiyasında sözün həqiqi mənasında mənəvi terror əsdirir. Məlumatı verən şəxsin bildirdiyinə görə, məhz Mahmudovun qohumu olduğu üçün bu vəzifəyə təyin olunan yeganə Axundova bir müddət əvvəl MTN işinə görə AzTV-də tutduğu vəzifəsindən uzaqlaşdırılan Nadir Axundovun həyat yoldaşıdır. Mətbuatda yazılanlara görə, Nadir Axundov da bir zamanlar Mahmudovla qohumluq əlaqələrinə görə dövlət televiziyasında qeri-rəsmi söz sahibinə çevrilmişdi. Doğrudur, Mahmudovun vəzifəsini itirməsindən sonra Yeganə Axundova bir müddət ətrafındakılara mülayim rəftar bəsləsə də, daha sonra qohumunun cəzasız qalmasını görüb əvvəlki ampluasına qayıdıb. İddiaya görə, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Yeganə Axundova hazırda Bakı Musiqi Akademiyasında de-fakto səlahiyyət sahibidir. Məlumatlı mənbənin sözlərinə görə, vəziyyət hətta o yerdədir ki, kimlərin dosent adını alıb - almayacağına, kimlərin müdafisəinin qəbul olunacağına, hətta kimlərin Milli Flormaniyada konsert verəcəyinə qədər bütün məsələlərə məhz Yeganə Axundova qərar verir. Hətta bəzi şəxslərin ona boyun əymədiyinə görə karyerasının sonlandırıldığıda əldə etdiyimiz məlumatlar arasındadır.
Məhz bu mənbəyi məlum olmayan güc sayəsində Bakı Musiqi Akademiyasında kimsə Axundova zülmünə qarşı aşkar etiraz edə bilmir. Lakin məlumatın bizə çatması əsas verir ki, Yeganə Axundovanı de-fakto rəhbərlik etdiyi qurumdan yaxın zamanlarda müxtəlif səpkili informasiyalar sızdırılacaq.

Az24saat.ORG
"Eldar Mahmudovun yaxın qohumu Bakı Musiqi Akademiyasını qorxu yuvasına çevirib – İDDİA
"Eldar Mahmudovun yaxın qohumu Bakı Musiqi Akademiyasını qorxu yuvasına çevirib – İDDİA

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.