SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şeyxlə bağlı daha bir qalmaqal: - Nazirlik onun nəzarətində olan universitetin diplomlarını təsdiqləmir

Şeyxlə bağlı daha bir qalmaqal: - Nazirlik onun nəzarətində olan universitetin diplomlarını təsdiqləmir

Tarix:

10-10-2017, 16:06

/ 82 080 dəfə oxundu.
Şeyxlə bağlı daha bir qalmaqal: - Nazirlik onun nəzarətində olan universitetin diplomlarını təsdiqləmir

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı İslam Universitetinin (BİU) məzunları çıxılmaz vəziyyətə düşüblər.
1989-cu ildən bu günə kimi fəaliyyət göstərən universitetin hazırda 3500-dən artıq məzunu öz diplomlarını Təhsil Nazirliyində təsdiqlədə bilmirlər.
Sözügedən şikayətlə bağlı üz tutan şikayətçilərin sözlərinə görə, universitetlə Təhsil Nazirliyi arasında baş verənlər onların məhkəməyə uz tutmasına səbəb olub. Ancaq hələlik məhkəmə heç bir yekun qərar verməyib.
Şikayətçi Əsgərova Səidə Əhməd qızının sözlərinə görə, Təhsil Nazirliyində 2015-ci ilə kimi BİU-nun diplomlarının tanımasında problem olmayıb, ancaq həmin ildən başlayaraq məzunların diplomlarını tanıtması mümkünsüz bir işə çevrilib. Belə ki, 2009-cu ildə Təhsil Nazirliyi 5 il müddətinə universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verməsinə baxmayaraq, bu gün dövlət sənədinə məhəl qoyan yoxdur:
"2014-cü ildə BİU-nun məzunu olmuşam. Bilirsiniz ki, hər bir diplomlu şəxs ikinci ali təhsil almaq hüququna malikdir. Biz diplomlarımızı aldıqdan sonra ikinci ali təhsil üçün müraciət etdikdə, bizim diplomların tanınmadığı ortaya çıxdı. Ancaq universitetə müsabiqə yolu ilə qəbul olunduğumuz zaman bizə nazirliyin rəsmi lisenziyası göstərilmişdi. Təhsil Nazirliyi isə deyir ki, məsələ Nazirlər Kabinetində bitir. Nazirlər Kabineti isə belə bir səlahiyyətə sahib olmadığını bildirir. Çarəsiz bir vəziyyətdə ortada qalmışıq”.
S.Əsgərovanın sözlərinə görə, bütün bu baş verənlərə baxmayaraq nazirlik bəzi şəxslərin diplomlarını təsdiqləyib. Onlar arasında hazırda işləyənlər də var:
"Biz dəfələrlə rektor Sabir Həsənliyə müraciət etmişik. Bununla bağlı sizə çoxlu sayda şikayət məktubumuzu təqdim edirəm. Bütün bunlara baxmayaraq, rektorun cavabı bizə yalnız bu olub: "Digərləri necə təsdiqlədirsə, gedin o yolla təsdiqlədin”. Bundan başqa biz Qafqaz Müsəlmanlar İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə də görüşməyə cəhd etmişik. Amma bizi onun yanına buraxmayıblar”.
Şikayətçilər deyir ki, QİM-dən onlara Allahşükür Paşazadənin məsələdən xəbərdar olduğunu və bununla bağlı baş nazir Artur Rasi-zadəyə məkub ünvanladığı qeyd edilir. Şeyx məktubda BİU-nun lisenziyası olmasına baxmayaraq, məzunların diplomlarının Təhsil Nazirliyi tərəfindən tanınmamasını qeyd edib. Ancaq bu məktuba cavab verilməyib”.
S.Əsgərova bu günə kimi universitetə ödədiyi təhsil haqqının çeklərini də redaksiyamıza təqdim edib:
Portalımıza danışan Abbasova Fatma Qəhrəman qızı da 2013-cü ildən BİU-nun məzunu olduğunu deyir. F.Abbasovanın sözlərinə görə, o da universitetə sənədlərini verən zaman Təhsil Nazirliyinin BİU-ya verdiyi lisenziya ilə tanış olub.
F.Abbasova məzun olduqdan sonra ikinci ali təhsil almaq üçün Azərbaycan Pedeqoji Universitetinə (APİ) sənədlərini göndərib. "Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisaına qəbul olan xanım bir neçə ay bu universitetdə təhsil aldıqdan sonra qovulub. APİ-dən F.Abbasovaya BİU-dan aldığı diplomuna görə uzaqlaşdırıldığı deyilib:
"APİ-də təhsil aldıqdan bir neçə ay sonra mən universitetdən çıxarıldım. Amma qəbul etdikləri zaman diplomumla bağlı bir problem olduğunu deməmişdilər. APİ-dən uzaqlaşdırılmağıma diplomumun təsdiqlənməməsini səbəb gətirdilər. Amma məndən başqa o universitetdə Bakı İslam Universitetini bitirən və məndəki kimi diplomu olan tələbələr təhsil alırdılar. Daha sonra biz universitetə gələrək diplomlarımızın tanınmadığını dedik. Bizə bu problemin aradan qaldırılacağı deyilsə də, heç kim köməklik göstərmədi. Şeyxin də qəbulunda dəfələrlə olmağa çalışdıq. Bizi qəbula salmadılar”.
Xanım şikayətçilərin sözlərinə görə, nazirlik diplomları tanımadığını desə də bir neçə şəxsin diplomunu rəsmi şəkildə tanıyır. Bu onlarla birlikdə oxuyan və bir yolla diplomları təsdiqlətməyə nail olan şəxslərdir. Şikayətçilər onlardan birinin nüsxəsini də redaksiyamıza təqdim ediblər.
BİU-nun məzunları sözügedən problemlə bağlı ölkə başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edəcəklərini bildiriblər.

AZXEBER.COM
Şeyxlə bağlı daha bir qalmaqal: - Nazirlik onun nəzarətində olan universitetin diplomlarını təsdiqləmir
Şeyxlə bağlı daha bir qalmaqal: - Nazirlik onun nəzarətində olan universitetin diplomlarını təsdiqləmir
Şeyxlə bağlı daha bir qalmaqal: - Nazirlik onun nəzarətində olan universitetin diplomlarını təsdiqləmir
Şeyxlə bağlı daha bir qalmaqal: - Nazirlik onun nəzarətində olan universitetin diplomlarını təsdiqləmir
Şeyxlə bağlı daha bir qalmaqal: - Nazirlik onun nəzarətində olan universitetin diplomlarını təsdiqləmir
Şeyxlə bağlı daha bir qalmaqal: - Nazirlik onun nəzarətində olan universitetin diplomlarını təsdiqləmir
Şeyxlə bağlı daha bir qalmaqal: - Nazirlik onun nəzarətində olan universitetin diplomlarını təsdiqləmir
Şeyxlə bağlı daha bir qalmaqal: - Nazirlik onun nəzarətində olan universitetin diplomlarını təsdiqləmir

Şərhlər

XƏBƏR LENTİ