SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 600-dən çox bal toplayanlara müraciət

600-dən çox bal toplayanlara müraciət

Tarix:

25-08-2017, 11:28

/ 93 378 dəfə oxundu.
600-dən çox bal toplayanlara müraciət

Dövlət İmtahan Mərkəzi 600-dən çox bal toplayan gənclərə müraciət edib. Daxil olan müraciətdə bildirilir ki, artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirir.

Bu il də ənənə davam etdiriləcək. İnformasiyanın ictimaiyyət üçün daha da əlçatan olması üçün abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr edilib. Nəzərinizə çatdırırıq ki, saytda yalnız anket doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumatlar veriləcək.

600 və daha yüksək bal toplayan gənclər “İş nömrəsi” və “Şəxsi kabinet”in istifadəçi adından (FİN) istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğu formasını doldura bilərlər.

Şərhlər

XƏBƏR LENTİ