SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xalq artistini Türkiyədə təcili əməliyyat etdilər

Xalq artistini Türkiyədə təcili əməliyyat etdilər

Tarix:

24-08-2017, 14:48

/ 109 464 dəfə oxundu.
Xalq artistini Türkiyədə təcili əməliyyat etdilər

Bir necə saat öncə xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Türkiyədə əməliyyat olunub.

Açıqlama verən xalq artisti narkozdan indi ayıldığını deyib:

“Bu gün bir əməliyyat keçirdim. Narkozdan indi ayılmışam, heç bilmirəm, necəyəm. Həkimlərin dediyinə görə, əməliyyat ağır olmayıb. Bağırsağımda hansı proseslərin getdiyini dəqiqləşdiriblər. Sabah isə ikinci dəfə əməliyyat olunacam. Bağırsağımın bir hissəsi kəsilməlidir. Həkimlərin dediyinə görə, ağır əməliyyat sayılır. Bilmirəm, əməliyyatdan necə çıxacağam, ümid Allahadır”.

Xatırladaq ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, iyunun sonunda Türkiyədə bağırsağından da əməliyyat olunub.

yenicag.az

Şərhlər

XƏBƏR LENTİ