SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Elza Seyidcahandan ŞOK ETİRAF: - “O uşağımdan imtina etdim”

Elza Seyidcahandan ŞOK ETİRAF: - “O uşağımdan imtina etdim”

Tarix:

21-04-2017, 16:08

/ 83 769 dəfə oxundu.
Elza Seyidcahandan ŞOK ETİRAF: - “O uşağımdan imtina etdim”

“Son zamanlar sosial, maddi problemlərə görə cütlüklər birdən çox uşaq dünyaya gətirmirlər, deyirlər saxlamaq olmur. Amma hər uşağın öz qisməti, ruzisi, alın yazısı var. Bəlkə də ana bətnində tələf olan uşaq Azərbaycanın hansısa dahi şəxsiyyətidir. Bəlkə də analar özləri də bilmədən Üzeyir Hacıbəyli, Bethoven, Eynşteyn kimi dahiləri tələf edirlər. Fikir vermisinizsə, ailədə mübahisə ilə, istənilmədən dünyaya gələn uşaqlar digərlərindən fərqlənir, qeyri-adi olurlar. İstənilməyən uşaq ağlı, ruzisi, parlaq gələcəyi ilə fərqlənir. Bəzən bütün ailənin qayğıları onların çiynində olur”.
Bunu açıqlamasında əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib. Abortlara kəskin etirazını bildirən sənətçi bunu körpələrin diri-diri öldürülməsi kimi qiymətləndirir.
Əməkdar artist uşaqları insanlara verilən hədiyyə kimi dəyərləndirir. Bu hədiyyədən imtina etməksə cinayətdir. Müğənni abortun istisna halları olduğunu da bildirir: “Elə insan var ona 7 ildən bir uşaq qismət olur, eləsi də var ki, Söylü demiş, ildə ikisini doğur. Bir halda abort etdirmək olar - əgər xanım və ya uşağın hər hansı problemi olarsa. Ata və ya ana uşaq istəmirsə, müasir dövrdə bunun qarşısını almağın müxtəlif yolları var, qorunmaq lazımdır. Ancaq mən uşaqların qeyri-qanuni dünyaya gəlməsinin əleyhinəyəm. Uşaqlar atalı-analı dünyaya gəlməlidirlər ki, sağlam və tərbiyəli böyüsünlər”.
E. Seyidcahan ətrafında olan insanlar arasında da daim abort əleyhinə çıxışlar etdiyini də gizlətmədi. Müğənni bətnindəki körpəni tələf etdirmək istəyən gənc bir ananı fikrindən döndərib: “İki il əvvəl parlament seçkiləri ərəfəsində Siyəzən şəhərində idim. Yeni ailə quran gənc xanım həyat yoldaşını avtomobil qəzasında itirmişdi. Qadın da hamilə imiş. Onların evinə getdim, başsağlığı verdim. Bildim ki, gəlin uşağı tələf etdirmək qərarına gəlib. Onu kənara çəkdim, başa saldım ki, uşağı tələf edərsə, Allaha ağır gedər və ona bir də heç vaxt övlad verməz. Dedim bu uşaq həyat yoldaşının yadigarıdır. O da cavab verdi ki, həyat yoldaşını çox sevir və uşaq dünyaya gəldikdən sonra ona baxaraq ərini xatırlamaq istəmir. Dedim ki, uşaq artıq sənin bətnindədir, atasızdır, əksinə, sən onun qayğısına qalmalısan. Sonradan eşitdim ki, uşağı saxlayıb və dünyaya gətirib”.
Əməkdar artist özü də bir uşağından sağlamlığına görə imtina etdiyini gizlətmədi. Müğənni hələ də bu addımına görə təəssüfləndiyini və peşman olduğunu etiraf etdi: “Yeni ailə qurmuşdum. Oğlum 6 aylıq idi, ikinci uşaq bətnimə düşdü. Mən də hamiləliyi çox pis keçirirəm, o dünyanı görüb gəlirəm. Mən hamilə olanda 9 ay dünyadan xaric oluram, nə yerdə oluram, nə göydə. Hamilə xanımların makiyaj etdiyini, yeyib-içdiyini, danışıb-güldüyünü görəndə onlara həsəd aparıram, deyirəm siz xoşbəxtsiniz. Mənsə qan qusurdum. Belə çətinliklə iki uşağı ardıcıl dünyaya gətirə bilməzdim. Qayınanam da qorxdu ki, birdən ölərəm. Ailədə məsləhət etdik, sağlamlığım üçün o uşaqdan imtina etməli oldum. İndiyədək tələf etdirdiyim uşaq barədə düşünürəm. Hər dəfə yadıma düşəndə ürəyim ağrıyır. Deyirəm kaş o uşağı dünyaya gətirərdim, indi böyük qız idi”.
E. Seyidcahan hər zaman çoxuşaqlı ailə olmağı arzuladığını və artıq bu arzusuna çatdığını deyir: “Hər zaman 2 oğlan, 2 qız övladı arzulamışam. İndi oğlumun arvadı qızım, qızın əri də oğlumdur. Xarici ölkələrdə birinci yerdə uşaqlar, ikinci qocalar, üçüncü heyvanlar, dördüncü qadınlar, beşinci velosiped, altıncı kişilərdir. Ona görə yox ki, kişilər pis mənada axırıncı yerdədir. Əksinə, kişilər ən güclü məxluqlardır, onlar hər kəsi qorumaq əzmindədir. Uşaqlar bərəkət, davamiyyət, inkişaf, həyat deməkdir. Qadınlar uşaqları dünyaya gətirməlidirlər. İnsan var, övlad olmur. Bəzən onların həyatını araşdıranda məlum olur ki, ilk uşaqlarını abort etdiriblər. Abort qadın orqanizmi üçün olduqca zərərdir. Bunu bütün qadınlar bilməlidir”.

Şərhlər

XƏBƏR LENTİ