"Gənclərin öpüşməsi ətrafdakıların ehtirasını oyadıb" - Elza Seyidcahan
"Metroda opüşən gənclərin üstünə bu qədər getmək, onları sıxışdırmaq düzgün deyil”.
Bunu açıqlamasında Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan bildirib.
Onun sözlərinə görə, bu qınaq onları sevgidən iyrəndirə bilər:
"Sevginin gözü kor olur, onlar həmin anda ətrafı görməyib. Bəlkə də düşünüblər ki, onlara heç kim baxmır. Qoyun, bir-birlərini sevsinlər, təki sevgi olsun. Bu sevgidən onların övladları olsun, oğlan qızı aldatmasın, evlənsinlər. İllər keçəndən sonra isə desinlər ki, biz bu sevgini qoruduq”.
Elza Seyidcahan hazırda müasir cəmiyyətdə yaşadığımızı qeyd edib:
"Mentalitet deyilən bir şey var. Jurnalist onlara baxmayıb keçə bilərdi. Amma onların münasibəti gör nə dərəcədə olub ki, jurnalisti qıcıqlandırıb. Sevgi hissləri sözə baxmır və vaxtı da bilinməz. Gərək, bu hissləri ikilikdə yaşayasan, bir kimsə görməsin. Cəmiyyət arasında bu hisslər yaxşı qarşılanmır. İnsanların hissləri ilə oynamaq olmaz. Gənclərin öpüşməsi ətrafdakıların ehtirasını oyadıb. Bu isə yaxşı deyil”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...