SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » "Aygün dünyanı gəzəndə Röya yox idi" - Flora Kərimova

"Aygün dünyanı gəzəndə Röya yox idi" - Flora Kərimova

Tarix:

11-04-2018, 15:24

/ 2 180 dəfə oxundu.
"Aygün dünyanı gəzəndə Röya yox idi" - Flora Kərimova

Əməkdar artist Röya Ayxan "Xəzər maqazin”ə verdiyi müsahibədə bir neçə dəfə xalq artisti Aygün Kazımovaya sataşıb.

Məlumata görə, müğənni əvvəlcə konserti haqda "Nə göydən sallanacam, nə də şpaqat açacam”-deyib.

Daha sonra isə A.Kazımovanın "Həyatımda heç kim olmayanda çox çalışıram. Sevgi olanda işləmək olmur” sözlərinə isə "Mənim həyatımda adam varsa da, yoxsa da mən işləyirəm” söyləyib.

A.Kazımova və R.Ayxan arasında olan bu atışma sosial şəbəkələrdə müzakirə olunub. Onlar iki sənətçini də "Diva” adlandırıb.

Baş verən qalmaqala münasibət bildirən xalq artisti Flora Kərimova isə "Bizim Yol"a açıqlamasında onların sənət davası etmələrini aruzulayıb:

"Başa düşə bilmirəm ki, bu "Diva” adı nə addır ki, onun üstündə dava gedir. Bunlar sənət davası etsinlər. Bu sənətdə iz qoymaq davası etsinlər. Bunlar biabırçı müzakirələrdi, adı müğənnilərə xalq verər, müğənni özü-özünə ad verməz. Aygün Kazımova səhnəyə yeniliklər gətirib. O, konsert verib dünyanı gəzəndə, hələ Röya yox idi. Aygün Kazımova haqda nəsə demək üçün gərək nəsə edəsən.

Sənətçilərdə iki şeyə, bir şəxsiyyətə, bir də sənətə fikir verirəm. Onlar hər ikisi anadı. Sabah kiminsə qapısını döyəcəklər və ya bunların qapısı döyüləcək. Ona görə belə şeylərə fikir versinlər".

Şərhlər

XƏBƏR LENTİ