SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qobustanda torpaq qalmaqalı davam edir - GİLEY

Qobustanda torpaq qalmaqalı davam edir - GİLEY

Tarix:

20-04-2021, 10:26

/ 469 dəfə oxundu.
Qobustanda torpaq qalmaqalı davam edir - GİLEY

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİNƏ,

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ cənab Əli ƏSƏDOVA,

AZƏRBAYCAN RESPUBLİKASI PA-nın rəhbəri cənab S.NURİYEVƏ,

Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab F.Ələsgərova,

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin müdirinə,

Daxili İşlər naziri cənab Vilayət Eyvazova,

Korrupsiya İdarəsinin rəisi cənab Kamran Əliyevə,

AZƏRBAYCAN RESPUBLİKASININ Ədliyyə nazirinə,

AZƏRBAYCAN RESPUBLİKASININ İqtisadiyyat nazirinə

AZƏRBAYCAN RESPUBLİKASININ Məhkəmə Hüquq Şurasına,

DÖVLƏT TƏHLÜKƏSİZLİK XİDMƏTİ rəisi cənab ƏLİ NAĞIYEVƏ,

Qobustan ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI CƏNAB A.Məmmədova,

OMBUDSMAN APARATININ SƏDRİNƏ,

Baş prokuror yanında korrupsiya İdarəsinin rəisinə,

Qobustan rayon Prokuroruna,

Konstitusiya və Ali MƏHKƏMƏNİN SƏDRLƏRİNƏ


Qobustan rayonun Nərimankənd kənd sakini 84 yaşlı Şıxəliyev Miralı Nuralı oğlu tərəfindən

“Qobustan şəhər Bələdiyyəsi sədri Vasif Novruzovun mənə məxsus pay torpağını rüşvət alıb satdığı və qanunsuz tikinti işləri aparan kənar şəxslər tərəfindən bu gün ( 19.04.2021) amansızcasına döyülməyim ” barədə

Ş İ K A Y Ə T

Hörmətli cənab Prezident, Mən sonuncu dəfə 02 apreldə “Qobustan şəhər Bələdiyyəsi sədri Vasif Novruzovun törətdiyi qanunpozuntularının, onun mənim və digər sadə vətəndaşlara məxsus pay torpaqlarını rüşvətxor İsmayıl Vəliyev dövründə olduğu kimi indi də kənar şəxslərə satmasının qarşısının dərhal alınması” barədə şikayət ərizəsi göndərmişdim. Şamaxı Reyester Xidmətindən gəlib dövlət Aktımı istədilər və yerimə baxış b keçirib getdilər. Təsdiq etdilər ki, 72 sot Kənd təsərrüfatlı torpaq sənin mülkiyyətindir. Amma mülkiyyətimi yerli bələdiyyə sədri V.novruzov bütünlüklə kənar fiziki şəxslərə saxta sənədlə satıb pulunu mənimsəmiş və cinayət törətmişdir.

Bir daha xatırlatmaq istəyirəm ki, mənim ailəmə, eləcə də Nərimankəndin digər sakinlərinə dövlət aktı əsasında Qobustan rayon mərkəzində mülkiyyətimizə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaqlarımızı 2008-2009-cu illərdə sabiq rüşvətxor icra başçısı olmuş İsmayıl Vəliyev Qobustan Bələdiyyəsinin sədri Vasiv Novruzovla birlikdə saxta sənədlərlə yaşayış təyinatıilə kənar fiziki şəxslərə hər sotu 1500-2000 manata sataraq qanunsuz gəlir əldə etmələrinin qarşısının alınması üçün o vaxt məhkəməyə müraciət etmişdik. Biz kənd camaatının pay torpaqlarında hazırda da icra başçısı və onun buyruqulu olmuş Vasif Novruzovun saxta sərəncam və bələdiyyə qərarı əsasında satdığı pay torpaqlada qanusuz yaşayış evləri tikilib istifadəyə verilmişdir. Biz 6 nəfər ailə başçısı da icra başçısı və bələdiyyə sədri V.Novruzov tərəfindən qanunsuz satılmış pay torpaqlarımızın əvəzində pul kompensasiyasının ödənilməsi tələbilə 2015-ci ildəm yenidən məhkəməyə müraciət etdik. Sağ olsun Sumqayıt Apellyasiya Məhkəməsinin vicdanlı hakimlərini ki, onlar 28 dekabr 2016-cı il tarixli, 2-(105)-266/2016 saylı qətnamə qəbul edərək Qobustan İcra Hakimiyyəti və Bələdiyyəsi tərəfindən mülkiyyətimizə verilmiş torpaqlaın əvəzinə ölçüsünə görə kompensasiya müəyyən edərək ödənilməsini qət etmişdir. 05 sentyabr 2017-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin icra sənədini yerli İcra Hakimiyyəti və Qobustan Bələdiyyəsi pul vəsaitlərinin olmamasını bəhanə gətirərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədilər. Bizim çoxsaylı şikayətlərimizdən sonra Hər iki qurum 2 il keçəndən sonra yenidən yerli məhkəməyə müraciət edərək vəsaitləri olmadığına görə Sumqait Apellyasiya Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsini və biz iddiaçılara eyni ölçüdə, eyni keyfiyyətdə torpaq sahəsinin verilməsi barədə 31 may 2019-cu il tarixli qəradad qəbul etmişdir. Bu sənədə əsasən mənə 0.453 ha torpaq sahəsi verilməli idi. Lakin çox təəssüflər olsun ki, yenidən İcra Hakimiyyətinin və Qobustan Bələdiyyəsinin süründürməçiliyinə məruz qaldıq. Cənab Prezident Sizin Qobustandakı nümayəndəniz bizi düz bir il qapılarında süründürdü. Yuxarı orqanlara yazdığımız fasiləsiz şikayətlərdən sonra icra başçısı Adil Məmmədov bizi qəbuluna dəvət edib xahiş etdi ki, yerinizi verəcəm, amma şikayətləri dayandırın. Biz də kişi kimi söz verdik. 2020-ci ilin iyulunda mənə əvvəli 72 sot torpaqdan cəmi 0.453 ha –nı ölçüb təhvil verdilər. Bu sahə magistral yoldan 130 m aralıda olduğu üçün yenə də Qobustan Bələdiyyəsinin sədri V.Novruzov məndən xəbərsiz olaraq kənar şəxslərə hər sotu 1500 manatdan satıb cinayət törətmiş və yığdığı pulları deyilənə görə icra başçısına məxsus Qaracüzlü kəndində yerləşən çox böyük mal fermasında işləyən çoxsaylı çobanların və texniki işçilərin əməkhaqqlarının ödənilməsinə sərf etmişdir. Ona görə də mən məhkəmə qaydasında mülkiyyətimə verilmiş yerimin 6 sot hissəsini satıb evimin 40 ildir k,i olmayan damını düzəltdirmək istəsəm də V.Novruzov mənim torpağımın hamısını məndən qabaq ev tikintisi üçün sənədsiz sataraq pulunu mənimsəmiş dələduzluq etmişdir. Mənə 4 aydır ki, hər gün söz verir ki, pulunu verəcəm.

Bir sözlə, görünən budur ki, rüşvətxor icra başçısı İsmayıl Vəliyevin dövründə də bu məmurlar əlbir olaraq vətəndşlara məxsus torpaqları saxta sənədlərlə satıb varlanma ilə məşğul idilər indi də eyni cinayətlrini indiki icra başçısının tövsiyələrilə davam etdirilər. Belə olmasaydı bu günə qədər 20 ilin bələdiyyə sədri olan V.Novruzovla bağlı yerli prokuror və Polis İdarəsində çoxdan cinayət işi başlayardılar. Amma bu gün görünən budur ki, bələdiyyə sədri mənim kimi rayonda çoxsaylı sadə vətəndaşlara qarşı törətdiyi tək torpaq alqı-satqı cinayətlərinə qarşı kimsə qanuni ölçü götürmür. Vasif də özbaşnalığını davam etdirir. Gərək bu vaxta qədər İsmayıl Vəliyevdən miras qalmış yerli bələdiyyə sədri olan və barəsində çoxsaylı şikayətlər olan V.Novruzovu da onun arxasında dayanan keyfiyyətsiz ünsürləri də DTX maskalıları çoxdan İsmayılın yanına aparmalı idilər. Çox təəssüf ki, qanunlarımız Qobustanda işləmir.

Cənab Prezident və cənab baş prokuror Kamran Əliyev! Axı necə olur ki, rəsmən mülkiyyətimizə məhkəmə qərarıilə verilən torpaq sahəsi bizim istifadəmizdə ola-ola indiki bələdiyyə sədri Vasif Novruzov qanunsuz saxta sənədlərlə bazar qiymətinə kim pul versə satıb əsassız varlanmailə məşğuldurlar.? 0.5 ha torpağımı 6 sotdan ev tikmək üçün satıb və alan adamlar da gətirib yerə mişar daşları . qum töküblər. indi yerimin içində 20 maşın daş var. Onlar bizim kimi çox sayda sakinlərin başlarına belə dələduzluq oyunları açıblar.

Budur, əvvəlki 16 mart şikayətimdən sonra İcra hakimiyyətinə tez tez gedib gələn qonşum mənə bildirdi ki, başçı adil Məmmədov Vasifə tapşırıb ki. get o kişinin torpağını necə satmısansa elə də pulunu apar ver ki, səsə çıxmasın. Amma aradan 36 gün vaxt keçsə də Vasif başçının sözünə əməl etmədi. 5-6 gündür ki, yerimizə 20 maşın daş tökmüş tanıdığımız və tanımadığımız şəxslər gəlib mənə məxsus pay torpağında ev və hasar binövrələri qazıb tikinti işləri görürlər. Gedib soruşuruq ki, ay kişilər bu yer mənim pay mülkiyyətimdir. Nə edirsiniz? Cavab verirlər ki, biz bu yeri başçıdan və bələdiyyə sədrindən pulumuzu verib almışıq. Və işimizi görürürk.

Görün vəziyyət nə yerə gəlib ki, Qobustan bələdiyyə sədri V.Novruzov görür ki, mənim 0.5 ha pay torpağımı ev tikmək adı il saxta sənədlərlə kənar şəxslərə satıb. Və hamısına da tapşırıb ki, gedin təcili evlərinizi tikin, sonra gəlib baxslalar qoymayacaqlar. Biz 2 apreldə yenə DİN-nin 102 xidmətinə şikayət etdik ki, Vasif yerimizi qanusuz satıb, alıcılar da heç bir tikinti iczə sənədləri olmadan özbaşına ev tikintisinə başlayıblar. Gəlin qarşısını alın. Amma yerli polis heç bir tədbir görmədi. Çünki, sahə polisi elə V.Novruzovun doğma oğludur. O da 102 xidməti zənginə uyğun olaraq 3-cü dəfə gəlib sahədə ötən dəfə olduğu kimi görünüb heç bir tədbir görməyib çıxıb gedir. Bir sözlə, yerli hüquq orqanlarından heç kim Vasifə söz deyə bilmir. Ona görə də cənab Prezidet Sizə müraciət edirəm ki, mənə məxsus 0.5 ha pay torpağını özbaşına olaraq icazəm və razılığım olmadan başqa adamlara 6 sot olmaqla satıb pullarını mənimsəmiş yerli Bələdiyyə sədrinin cinayət əməllərinə dərhal hüquqi qiymət verilməsi, mənə məxsus torpaqların vətəndaşlardan geri alınaraq qaytarılmasını, yerimə tökülmüş 20 maşın mişar daşının təmizlənməsini, yerimdə hazırda davam edən özbaşına tikinti işlərinin dayandırılmasını, vətəndaşlardan alınan rüşvətlərin Vasifdən alınaraq sahiblərinə geri qaytarılmasına göstəriş verməniz barədə 2 apreldə yazdığım şikayətdən sonra bu gün, yəni aprelin 19-da yerimə gedib baxdıım zaman çoxsaylı adamların tələsə tələsə tikinti işlərinin aparmasının şahidi oldum. Mən onlara dedim ki, axı bura mənim pay torpağımdır. Acıqlı cavab verdilər ki, kişi rədd ol buradan Biz bələdiyyə sdri Vasifə pulumuzu verib bu torpaqları almışıq və ev tikirik. Get Vasiflə problemini həll et.” Mən bu adamlara mane olmaq istəyəndə əvvəlcə itələyib yıxdılar və döyməyə başladılar.Görünən budur ki, torpağımı alan adamlara Vasif göstəriş verib ki. mən Miralı kişi sizə bir söz desə, basın döyün qorxmayın. Yəni mənə qarşı törədilən bu vəhşiliyin də sifarişçisi Vasif Novruzovdur. Dəflərlə ƏN-nin Bələdiyyələrlə İş Mərkəzinə şikayətlər etmişəm. heç bir xeyri yoxdur. Pulunu alıb deyirlər ki, get işinlə məşğul ol. Bu gədə də son vaxtlar icra başçısın tam arxayın olub mənə qarşı belə vəhşi zorakılığın törədilməsinə göstəriş verib. Həyat yoldaşım DİN-nin 102 xidmətinə və təcili yardıma zəng etdi. Mənə tibbi yardım göstərildi. Amma yenə də 102 zənginə görə Bələdiyyə Vasifin polis oğlu gəlib məsləni formal araşdıracaq və həmişəki kimi nəticəsi olmayacaq. Ona görə də mən 84 yaşlı ahıl adam kimi cənab Prezident Sizə müraciət edərək çox xahiş edirəm ki, Ramiz mehdiyevdən qalma rayonda hazırda at oynadan, qanunlarımızı tapdalayan korrupsiyalaşmış dəstənin fəaliyyətinə son qoyulması üçün rayonumuzda təcili köklü islahatların keçirilməsinə, mənə qarşı törədilən cinayətlərə hüquqi qiymət verilməsinə göstəriş verəsiniz. Sağ olun.

Hörmətlə, Miralı Şıxəliyev telefon: 051-325 76 18.

Tarix: 19 aprel 2021- ci il.


Şərhlər

XƏBƏR LENTİ