XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Qobustan rayon Səfərbərlik İdarəsinin rəisi xəstə oğlumu hərbi xidmətə göndərmək istəyir - ŞİKAYƏT

Qobustan rayon Səfərbərlik İdarəsinin rəisi xəstə oğlumu hərbi xidmətə göndərmək istəyir - ŞİKAYƏT

Qobustan rayon Səfərbərlik İdarəsinin rəisi xəstə oğlumu hərbi xidmətə göndərmək istəyir - ŞİKAYƏT
2-07-2018, 11:02

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Azərbaycan Respublikasının 1-ci vitse prezidenti xanım M.Əliyevaya,
A R-sı Prezidentin Hərbi məslələr üzrə köməkçisi cənab F.Ələsgərova,
Azərbaycan Respublikasının Hərbi Səfərbərlik İdrəsinin rəisinə,
Azərbaycan Respublikasının Müdafiə naziri cənab Z.Həsənova,
Azərvaycan Respublikasının Hərbu Prokuroru cənab X.Vəliyevə,
AR Dövlət Təhlükəsizlik Xidməti rəisi cənab M.Quliyevə,
Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab A. Məmmədova,
Ombudsman Aparatının sədrinə,

Qobustan rayonu, Təklə-Mirzəbala kəndində qeydiyyatda olan, Abşeron rayon, Güzdək qəsəbəsi, S.Ə.Şirvanı küç.,ev 89-da yaşayan Kərimov Nəriman Talış oğlu tərəfindən
“Qobustan rayonun Hərbi Səfərbərlik İdarəsi rəisinin xəstə çağırışçı oğlumun əsassız olaraq hərbi xidmətə göndərməsilə bağlı törətdiyi qanunazidd əməlləri” barədə

Ş İ K A Y Ə T

Mən hazırda ailəmlə birlikdə Abşeron rayonun Güzdək qəsəbəsində yaşasaq da, Qobustan rayonunda pasport qeydiyyatında qalmışıq. Ona görə də neçə vaxtdır ki, Qobustan rayon Səfərbərlik İdarəsinin rəisi faktiki xəstə oğlum Kərimov Şərif Nəriman oğlunu nəyin bahasına olur olsun, “plan doldurmaq” naminə hərbi xidmətə göndərmək istəyir. Və bunun üçün də 3 iyul 2018-ci il tarixinə son bildirişi də ünvanımıza göndərmişdir. Qoy olsun. Amma adamı bir az eşitmək də lazımdır axı. Belə ki, oğlum uzun müddətdir ki, onurğa xəstəliyindən əziyyət çəkir.Fəqərə əyriliyi var. Respublika Xəstəxanasında Kəmalə həkim onu müayinə etdikdən sonra onurğa əyriliyi və onurğa xəstəliyi diaqnozu qoymuş və bildirmişdir ki, oğlunuz “Hərbi xəstəliklər cədvəlinin 66-cı maddəsi üzrə belə xəstəliklə hərbi xidmətə yararsız hesab olunur. Doğrudan da Qanunvericiliyin 66-cı maddəsində qeyd olunur ki, onurğa əyriliyi və digər qazanılmış deformasiyar funksiyalar cüzi pozulduqda hərbi xidmətə çağrılan vətəndaş “C” qrafası üzrə dinc dövrdə hərbi xidmətə yararsız hesab olunur. Lakin QANUN mənim xəstə oğlumu dinc dövrdə hərbi xidmətə yarasız hesab etsə də, cənab Qobustan rayon Səfərbərlik İdarəsi rəisi öz ağıl-kamalıilə çağırışçı Şərif Kərimovu birbaşa xidmətə yararlı hesab edərək 3 iyul tarixində çox güman ki, Murovdağa göndərməyi planlaşdırır. Bir daha qeyd etmək istəyirəm ki, oğlum Şərif həqiqətən onurğa xəstəliyindən çox əziyyət çəkir. Bir azca hava sərin olan kimi sağ əlinin barmaqlarının ucundan çiyinlərinə kimi əvvəlcə rəngi göyərir və ağrı verir. Sonra isə bu qolu tamamilə keyiyir, siniri tamamilə itir. Ona görə də evdə ona heç bir fiziki iş gördürə bilmirik. Gecələr isə bel ağrısından yata bilmir. Səfərbərlik İdarə rəisinə dəfələrlə xahiş etmişik ki, Şərifə bir göndəriş yaz. Qoy Travmatalogiya İnstitunda komissiya yoxlayıb rəy versin ki, onu hərbi xidmətə göndərmək olar, ya olmaz. İmkan vermir və göndəriş verməyə razı olmur. Hələ mənə kobud formada xəbərdarlıq etdi ki, sənin deyəsən birinci çağırışçı oğlunu müftə saxlatdığımıza görə dişinin dibində şirə qalıb. Ona görə istəyirsən ki, ikinci oğlunu da hərbidən saxladasan.”

Həqiqətən də kiçik oğlumun sağ qıçı tam yandığı üçün həkim komissiyası onu hərbi xidmətə yararsız yazmışdı. Mən də kasıb olduğum üçün “komissara” vaxtında “hörmət” edə bilmədim. Elə ona görə də kişinin oğlu kiçik oğlumun hərbi biletini illərdir ki, şkafında “əsir” saxlayır, verməyir. Bu adam başa düşmür ki, evdə 12 ildir ki, şəkərdən əziyyət çəkən həyat yoldaşımı pul-imkan dərdindən əlillik qrupu ala bilmirəm. İndi də böyük oğlumu müayinə və müalicə olunmadan hərbiyə göndərmək istəyir. Mən də deyirəm ki. Bit ata olaraq mən də razıyam ki, gedib Vətəndaşlıq borcunu versin. Amma əvvəlcə sağaldın, sonra göndərin. Axı mənim pulum yoxdur ki, onu Bakıya, isti yerlərdən birinə saldırım. Murovdağda da “-“ 20-26 dərəcə şaxtaya onun nə onurğası, nə də sol qolu şaxtalara tab gətirən deyil. Belə olsa oğlum Şərifin cəbhədən sağ-salamat qayıtması mümkünsüz bir məsələdir. Madam ki, Qobustan Hərbi Səfərbərlik İdarə rəisi qəti qərara gəlib, iki ayağını bir başmağa dirəyibsə, mən də o zaman cənab Müdafiə Naziri Zakir Həsənovdan xahiş edirəm ki, xəstə oğlum şərifin əvəzinə Ordu sıralarına mən atanı göndərsin. Qoy mənə nə istəyir olsun.Son illər həm Bank of Baku” dan, həm də Beynəlxalq Bankdan ayrı ayrı 3200 və 1200AZN kredit götürüb bir ata kimi oğlumun müalicəsinə verdim. Xeyri olmadı. Ona görə cənab Ali Baş komandan İlham Əliyevdən xahişim budur ki, hərbi çağırışçı oğlum Kərimov Şərif Nəriman oğlunun sağlamlıq durumunun hərbi həkim komissiyası tərəfindən yoxlanılmasına və müalicəsinə, daha sonra Qobustan rayon Hərbi Səfərbərlik İdarə rəisinin qanunsuz əməllərinə qiymət verilməsi üçün aidiyyatı orqanlara göstəriş versin.

Əlavələr: xəstəlik diaqnozu, şəxsiyyət vəsiqəsi,

İMZA: Nəriman Talış oğlu mob. 050-537 95 30

xalqxeber.az
Qobustan rayon Səfərbərlik İdarəsinin rəisi xəstə oğlumu hərbi xidmətə göndərmək istəyir - ŞİKAYƏT
Qobustan rayon Səfərbərlik İdarəsinin rəisi xəstə oğlumu hərbi xidmətə göndərmək istəyir - ŞİKAYƏT
Qobustan rayon Səfərbərlik İdarəsinin rəisi xəstə oğlumu hərbi xidmətə göndərmək istəyir - ŞİKAYƏT
Qobustan rayon Səfərbərlik İdarəsinin rəisi xəstə oğlumu hərbi xidmətə göndərmək istəyir - ŞİKAYƏT
Qobustan rayon Səfərbərlik İdarəsinin rəisi xəstə oğlumu hərbi xidmətə göndərmək istəyir - ŞİKAYƏT
Qobustan rayon Səfərbərlik İdarəsinin rəisi xəstə oğlumu hərbi xidmətə göndərmək istəyir - ŞİKAYƏT
Qobustan rayon Səfərbərlik İdarəsinin rəisi xəstə oğlumu hərbi xidmətə göndərmək istəyir - ŞİKAYƏT

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.