SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Çuxuryurd Bələdiyyəsinin sədri Qobustanda narazılıq yaradır – MÜRACİƏT

Çuxuryurd Bələdiyyəsinin sədri Qobustanda narazılıq yaradır – MÜRACİƏT

Tarix:

9-06-2020, 13:58

/ 1 613 dəfə oxundu.
Çuxuryurd Bələdiyyəsinin sədri Qobustanda narazılıq yaradır – MÜRACİƏT

Qobustan rayonu, Xilmilli kəndində yaşayan Osmanova Xatın İsmayıl qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, 1-ci vitse-prezident M.Əliyevaya, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri S.Nuriyevə, Prezidentinin köməkçisi cənab F.Ələsgərova,Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin müdirinə,Ombudsman Aparatını sədrinə,AR Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinə,Qobustan rayon İH-nin başçısı A.Məmmədova və KİV nümayəndələrinə müraciət ünvanlayıb.Vətəndaş Xatın Osmanova müraciətində Şamaxı rayon Çuxuryurd Bələdiyyəsi sədrinin qanunazidd əməllərin qarşısının alınması üçün aidiyyatı orqanların rəhbərlərindən kömək istəyir.

Aktualinfo.org vətəndaş Xatın Osmanovanın müraciətini olduğu kimi oxuculara təqdim edir.

Hörmətli cənab Prezident, bildirmək istəyirəm ki, mən ailəmlə Qobustan rayonun Xilmilli kəndində yaşayıram. Ailəmizə islahat vaxtı verilmiş 12.38 ha pay torpağında qanunsuz olaraq maşın yolu salınmışdır. Bu yol özbaşna olaraq özünə məxsus 500 ha taxıl sahəsinə gediş-gəliş üçün Məlikov Soltanpaşa Əziz oğlu tərəfindən salmışdır.

Məlikov Soltanpaşa əslən Şamaxı rayonunun Peyvənd Təklə kəndindəndir. Deyilənə görə Şamaxının Çuxuryurd kəndində Bələdiyyə sədri işləyir.Qardaşı Məlikov isə Şamaxı RPŞ-nin baş müstəntiqidir. Soltanpaşa bizim torpağın yanında özünə yaratdığı bu 500 ha sahəni də hətta, mənim kimilərdən, hərəsindən 2-3 ha zorla zəbt etməklə,bəzi sahələri isə su qiymətinə almaqla özününküləşdirib fermer təsərrüfatı yaratmışdır. Hətta 20 ildir ki,zəbt etdiyi, mənə məxsus 2 ha torpağımı geri qaytarmır, qanunsuz istifadə edir. Və üstəlik taxıl əkdiyim sahənin düz ortasından öz fermer təsrrüfatına yol salmış və 0.25 ha taxıl ərazimi məhv etmişdir. Bu adam özünü Hacı adlandırır.Bu adam Bələdiyyə sədri işlədikdən sonra Çuxuryurdda böyük dəriman, yanacaqdoldurma məntəqəsi və çoxsaylı obyektləri sahib olub. S.Məlikov bizimlə danışıqda qeyd edir ki, mənim pulum və imkanlarım genişdir, heç kəsdən də qorxmuram, yaxşı edib yol açmışam. Yerli rəsmi nümayəndələr də , polis də şikayətimiz üzrə faktı təsdiq edirlər. lakin heç bir tədbir görmürlər.
Cənab Prezident sizdən xahiş edirəm ki, bələdiyyə sədri olduqdan sonra pullarının sayını bilməyən, bizi kimi kasıb insanların əlindən torpaqlarını qanunsuz alıb istifadə edən və hələ bu azmış kimi dolanacaq üçün ümid etdiyimiz taxıl sahəsinin də bir hissəsini məhv edərək özünə qanunsuz yol salmış özünü Hacı elan edən Məlikov Soltanpaşanın bizim rayonumuzda və kəndimizdə törətdiyi qanun pozuntularının qarşısının alınması üçün göstəriş verəsiniz.

Şərhlər

XƏBƏR LENTİ