SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qobustanda bələdiyyə ÖZBAŞINALIĞI... - NARAZILIQ!

Qobustanda bələdiyyə ÖZBAŞINALIĞI... - NARAZILIQ!

Tarix:

17-03-2021, 10:38

/ 848 dəfə oxundu.
Qobustanda bələdiyyə ÖZBAŞINALIĞI... - NARAZILIQ!

Qobustan rayonun Nərimankənd kənd sakini 84 yaşlı Şıxəliyev Miralı Nuralı oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanblanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciəıtdə deyilir:

"Bildirmək istəyirəm ki, mənim ailəmə, eləcə də Nərimankəndin digər sakinlərinə dövlət aktı əsasında Qobustan rayon mərkəzində mülkiyyətimizə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaqlarımızı 2008-2009-cu illərdə sabiq rüşvətxor icra başçısı olmuş İsmayıl Vəliyev Qobustan Bələdiyyəsinin sədri Vasiv Novruzovla birlikdə saxta sənədlərlə yaşayış təyinatıilə kənar fiziki şəxslərə hər sotu 1500-2000 manata sataraq qanunsuz gəlir əldə etmələrinin qarşısının alınması üçün o vaxt məhkəməyə müraciət etmişdik. Və Sumqayıt Apellyasiya məhkəməsi sədrlik edən hakim Nazim Nəsibov tərəfindən iddiamız təmin edilmiş və icra başçısı ilə bələdiyyə sədri barəsində xüsusi qəradad qəbul etmişdir. Çox təəssüflər olsun ki, sonradan icra başçısı bu qərardadı hansısa yollarla ləğv etdirmişdir. Biz kənd camaatının pay torpaqlarında hazırda da icra başçısı və onun buyruqulu olmuş Vasif Novruzovun saxta sərəncam və bələdiyyə qərarı əsasında satdığı pay torpaqlada qanusuz yaşayış evləri tikilib istifadəyə verilmişdir. Biz 6 nəfər ailə başçısı da icra başçısı və bələdiyyə sədri V.Novruzov tərəfindən qanunsuz satılmış pay torpaqlarımızın əəzində pul kompensasiyasının ödənilməsi tələbilə 2015-ci ildəm yenidən məhkəməyə müraciət etdik. Sağ olsun Sumqayıt Apellyasiya Məhkəməsinin vicdanlı hakimlərini ki, onlar 28 dekabr 2016-cı il tarixli, 2-(105)-266/2016 saylı qətnamə qəbul edərək Qobustan İcra Hakimiyyəti və Bələdiyyəsi tərəfindən mülkiyyətimizə verilmiş torpaqlaın əvəzinə ölçüsünə görə kompensasiya müəyyən edərək ödənilməsini qət etmişdir. 05 sentyabr 2017-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin icra sənədini yerli İcra Hakimiyyəti və Qobustan Bələdiyyəsi pul vəsaitlərinin olmamasını bəhanə gətirərək qanu ni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədilər. Bizim çoxsaylı şikayətlərimizdən sonra Hər iki qurum 2 il keçəndən sonra yenidən yerli məhkəməyə müraciət edərək vəsaitləri olmadığına görə Sumqait Apellyasiya Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsini və biz iddiaçılara eyni ölçüdə, eyni keyfiyyətdə torpaq sahəsinin verilməsi barədə 31 may 2019-cu il tarixli qəradad qəbul etmişdir. Bu sənədə əsasən mənə 0.453 ha torpaq sahəsi verilməli idi. Lakin çox təəssüflər olsun ki, yenidən İcra Hakimiyyətinin və Qobustan Bələdiyyəsinin süründürməçiliyinə məruz qaldıq. Cənab Prezident Sizin Qobustandakı nümayəndəniz bizi düz bir il qapılarında süründürdü. Yuxarı orqanlara yazdığımız fasiləsiz şikayətlərdən sonra icra başçısı Adil Məmmədov bizi qəbuluna dəvət edib xahiş etdi ki, yerinizi verəcəm, amma şikayətləri dayandırın. Biz də kişi kimi söz verdik. 2020-ci ilin iyulunda mənə əvvəli 72 sot torpaqdan cəmi 0.453 ha –nı ölçüb təhvil verdilər. Bu sahə magistral yoldan 130 m aralıda olduğu üçün yenə də Qobustan Bələdiyyəsinin sədri V.Novruzov məndən xəbərsiz olaraq kənar şəxslərə hər sotu 1500 manatdan satıb cinayət törətmiş və yığdığı pulları deyilənə görə icra başçısına məxsus Qaracüzlü kəndində yerləşən çox böyük mal fermasında işləyən çoxsaylı çobanların və texniki işçilərin əməkhaqqlarının ödənilməsinə sərf etmişdir. Ona görə də mən məhkəmə qaydasında mülkiyyətimə verilmiş yerimin 6 sot hissəsini satıb evimin 40 ildir k,i olmayan damını düzəltdirmək istəsəm də V.Novruzov mənim torpağımın hamısını məndən qabaq ev tikintisi üçün sənədsiz sataraq pulunu mənimsəmiş dələduzluq etmişdir. Mənə 3 aydır ki, hər gün söz verir ki, pulunu verəcəm. Özü kimi tiplərlə kafedə oturub mən 84 yaşlı adamı lağa qoyub deyir ki, Miralıya tələb etdiyi pulu gətirən KAMAZın yolda təkəri partladığına görə hələlik verə bilməmişik. Və sırtıqcasına hırıldayıb gülüşürlər.

Onu da xatırladım ki, 2010-cu ildə V.Novruzov və İcra hakimiyyəti ilə aramızda Sumqayıt Apellyasiya Məhkəməsində mübahisəmiz getdiyi vaxt o idarə etdiyi PEJO markalı CİP avtomobililə mən yol kənarında qoyunlarımı otararkən qəsdən sürətlə gəlib sol çiynimdən vurub məni yolun kənarına tullayıb qaçmışdır. Yaxşı ki, yaxınlıqdakı cavan oğlanlar mənə köməyə gəlib xəstəxanaya çatdırmışlar. Şahidlər deyirdi ki, hadisə vaxtı rayonun baş həkimi də Vasifin avtomobilində olsa da o vicdnsız həkim kimi mənə ağır bədən xəsarəti almağımla ilkin tibbi yardım göstərməmişdir.( çiyin sümüy 3 yerdən sınmışdır) Vasif bu hadisəni pulla ört basdır etmişdir. Əvvələr icra başçısı olan rüşvətxor icra başçısı İ.Vəliyevələ birlikdə kəndlərdə olan bizi kimi adamların pay torpaqlarını qanunsuz alqı-satqısı ilə məşğul olub, saxta sənədlərlə pul qazanırdı. Hətta Qaracüzlü kəndində 2003-2005-ci illərdə vəfat etmiş adamların adından 02 aprel 2006-ci ildə tibarnamə alınaraq Dövlət Gömrük komitəsinin sədr müavini olmuş Nazim Məmmədovun qardaşı Malikin adına 529 ha pay torpağını alqı-satqıilə sənədlədirmişdir.

İcra başçısının müavini hesab edilən Məharət adlı birisi isə biz hər dəfə Adil müəllimin qəbuluna getdikdə özünü yuyulmamış qaşıq kimi ortalığa salıb müdaxilə edir və mənə hırıldaya hırıldaya deyirdi ki, “Miralı biz sənə torpağı və ya pulunu verəcəyik amma 15 ildən sonra” Yəni bu harınlamış məmur demək istəyir ki, mənim 100 yaşım olana qədər süründürəcəyik səni,sonra məhkəmə qərarını yerinə yetirəcəyik. Yəni, o vaxta kimi öləcəksən, torpağın da bizə qalacaq demək istəyirdi. Amma bu məmurciyəzlər unudurlar ki, mən bunlar kimi nə qorxudan şəkər xəstəliyinə tutulmuşam, nə də haramxorluqla qorxu altında yaşayıram. Mən bu gədələrdən də sağlamam. Əksinə, mən inşallah ki, onların hüzüründə iştirak edəcəyəm.

Bir sözlə, görünən budur ki, rüşvətxor icra başçısı İsmayıl Vəliyevin dövründə də bu məmurlar əlbir olaraq vətəndşlara məxsus torpaqları saxta sənədlərlə satıb varlanma ilə məşğul idilər indi də eyni cinayətlrini davam etdirilər. Gərək bu vaxta qədər İsmayıl Vəliyevdən miras qalmış yerli bələdiyyə sədri olan və barəsində çoxsaylı şikayətlər olan V.Novruzovu da onun arxasında dayanan keyfiyyətsiz ünsürləri də DTX maskalıları çoxdan İsmayılın yanına aparmalı idilər. Çox təəssüf.

Cənab Prezident və cənab baş prokuror Kamran Əliyev! Axı necə olur ki, rəsmən mülkiyyətimizə məhkəmə qərarıilə verilən torpaq sahəsi bizim istifadəmizdə ola-ola indiki bələdiyyə sədri Vasif Novruzov qanunsuz saxta sənədlərlə bazar qiymətinə kim pul versə satıb əsassız varlanmailə məşğuldurlar.? 0.5 ha torpağımı 6 sotdan ev tikmək üçün satıb və alan adamlar da gətirib yerə mişar daşları . qum töküblər. indi yerimin içində 20 maşın daş var. Onlar bizim kimi çox sayda sakinlərin başlarına belə dələduzluq oyunları açıblar.

Ona görə də xahiş edirəm Qobustan şəhər Bələdiyyəsində Vasif Novruzovun son 16 il ərzində törətdiyi irimiqyaslı korrupsiya əməllərinin, əlaxsus rüşvətxor başçı olmuş İsmayıl Vəliyevlə dövründəki ) birlikdə və hazırda özbaşına sənəd saxtakarlıqları edərək bizə məxsus mülkiyyətlərimizə qarşı törətdikləri çoxsaylı cinayətlərin araşdırılması və hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə göstəriş verəsiniz. Bizim ailənin əlindən əsassız olaraq alınaraq satılmış 0.453 ha yerimizin də qaytarılmasında köməklik göstərəsiniz. Sağ olun".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Qobustanda bələdiyyə ÖZBAŞINALIĞI... - NARAZILIQ!









Şərhlər

XƏBƏR LENTİ