XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Qobustan rayon icra başçısından qanunsuzluq...

Qobustan rayon icra başçısından qanunsuzluq...

Qobustan rayon icra başçısından qanunsuzluq...
3-07-2017, 11:40

Qobustan rayonu Heydər Əliyev prospektində, bir sözlə Ulu Öndərin adını daşıyan parkın girişində qeyri-qanuni tikinti işləri aparılır. Bu barədə rayonda olan mənbəmiz məlumat verib.
Belə ki, Qobustan şəhər bələdiyyəsinin sədri Novruzov Vasif Əliş oğlu, vəzifə səlahiyyətindən istifadə edərək Heydər Əliyev adına parkın girişində obiyekt inşa etdirir. Əldə etdiyimiz məlumatlara əsasən “sahibkar” bələdiyyə sədri Əmlak Komitəsindən qanuni sənət almadan obiyektin tikintisinə başlayıb.
Maraqlısı budur ki, obiyektin inşasına istər icra hakimiyyəti tərəfindən , istərsədə aidiyyəti qurumlar tərəfindən reaksiya verilmir. Onu da nəzərinizə çatdıraq ki, prezident İlham Əliyevin göstərişinə əsasən məmur heç bir halda sahibkarlıqla məşğul ola bilməz. Lakin bəzi məmurlarımız ölkə başçısının göstərişinə əməl etmədən dolayısı yolla sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Fakt üçün bildirək ki, yuxarıda qeyd etdiyimiz məlumat bələdiyyə sədrinin ifşası üçün yetər.
Əgər, Qobustan RİH başçısı Adil Məmmədov şəhər bələdiyyəsinin qanunsuz əməllərinə göz yumursa və rayonda qanunsuzluqlara şərait yaradırsa deməli bütün özbaşınalıqların arxasında məhz A. Məmmədov durur. Məlum məsələdir ki, bələdiyyə sədirləri birbaşa icra başçıların sifarişlərini həyata keçirir. Amma onu da qeyd edək ki, bələdiyyə sədirləri müstəqil qurum olaraq iş fəaliyyətlərini sərbəst yerinə yetirməlidir.
Qardaş Türkiyədən fərqli olaraq ölkəmizdə bələdiyyə sədirləri daha çox qazanc əldə etmək haqda düşünür. Deməli, V. Novruzov və digər bələdiyyə sədirlərinin müstəqil fəaliyyətlərindən söhbət gedə bilməz. Yəni, V. Novruzov gəlirin 50% icra başçısına ötürmək şərti ilə fəzifəni qaruyub saxlamaq hüququna malikdir. Elə bu səbəbdəb Qobustanda H. Əliyev parkın girişində qeyri-qanuni inşa edilən ticarət obiyekti Vasif- Adil cütlüyünün şərikli “mülkiyyətidir”.

dosye.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.